Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardım üçün istifadə olunan “ehtiyac meyarı”nın mərhələli şəkildə yaşayış minimumuna çatdırılmasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Azərbaycan hökuməti 2006-cı ildən (1 iyul –İF) “ehtiyac meyarı”nın istifadəsinə əsaslanmış ünvanlı sosial yardımların yeni sistemini tətbiq edib. Hazırda “ehtiyac meyarı” 40 manat təşkil edir, 2008-ci il yanvarın 1-dən isə 45 manata kimi artırılacaq”,-deyə nazirliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti “ehtiyac meyarı”nın yaşayış minimumuna çatdırılmasını qarşısına məqsəd qoyub.
“2006-cı ildə “ehtiyac meyarı” yaşayış minimumunun 51%-ni təşkil edib. 2007-ci ildə bu göstərici 62,5%-ə kimi artıb, 2008-ci ildə isə 64,3%-ə çatacaq”, deyə o vurğulayıb.
Mənbə deyib ki, digər MDB ölkələri ilə müqayisədə Azərbaycanda ünvanlı sosial yardım hesablanarkən istifadə olunan “ehtiyac meyarı” çox yüksəkdir.
“Ukraynada bu göstərici $25, Qazaxıstanda $32, Belarusda $47, Azərbaycanda $47 təşkil edir. Gələn il bizdə bu göstərici $53-ə çatacaq”, - deyə o vurğulayıb.
Mənbə əlavə edib ki, hazırda 106-107 min ailə ünvanlı sosial yardım alır. Bu yardımın əhatə etdiyi ailələrin ümumi sayı 0,5 mln. nəfər təşkil edir.
Xəbər verildiyi kimi, Azərbaycan 2006-cı ildən ünvanlı sosial yardım sisteminə keçib. Ünvanlı sosial yardımın həcmi “ehtiyac meyarı” və ailənin bir üzvünə düşən gəlirin həcmi arasında fərqə əsasən müəyyən olunur. Adambaşına düşən gəlirin bu meyardan az olduğu ailələr ünvanlı sosial yardım alır.Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət