Tarif Şurası 2008-ci ildə rabitə sahəsində bir sıra xidmət növlərinin tarifinin azaldılacağını istisna etmir. Bu barədə Şuranın sədri, iqtisadi inkişaf naziri Heydər Babayev jurnalistlərə çərşənbə günü məlumat verib.
"Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sektoru ildən-ilə inkişaf edir. Buna görə də hesab edirəm ki, 2008-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bir çox rabitə xidməti növlərinin tariflərinin azaldılması təklifi ilə Tarif Şurasına müraciət edə bilər", - deyə H.Babayev bildirib.
Onun sözlərinə görə, Şuraya belə təkliflərin daxil olması İK sektorunun mövcud vəziyyəti ilə şərtlənib.
"Bu sektorda rəqabətin səviyyəsi çox yüksəkdir. Buna görə də tariflərin artırılmasının nəzərdən keçirilməsindən söhbət gedə bilməz. Rəqabətin inkişafı yalnız bir çox rabitə xidmətlərinin tariflərinin azaldılmasına şərait yaradacaq. Və bu, gələn il gözlənilir", - deyə o qeyd edib.
2007-ci ildə TŞ rabitə xidmətlərinin bəzi növlərinin tariflərini nəzərdən keçirib. Müəyyən xidmətlərin tarifləri artırılıb, əksər xidmətlərin tarifləri isə azaldılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət