Dekabrın 18-19-da Bakıda “Ermənistan-Azərbaycan münaqişəsi: hərbi münaqişələrin həllində gənclərin rolu” mövzusunda Beynəlxalq konfrans keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Konfransda 17 ildir ki, davam edən Ermənistan-Azərbaycan münaişəsinin səbəblərinə, həmçinin onun nizamlanması üçün həyata keçirilən tədbirlərə baxılacaq. Forumda 22 ölkədən 40-a yaxın konfliktoloq, tədqiqatçı, beynəlxalq gənclər təşkilatlarının nümayəndələri iştirak edəcək.
Konfransın ilk günü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektlərinə həsr olunacaq. Həmin gün “Hərbi münaqişələrin nizamlanmasının hüquqi aspektləri”, “Hərbi münaqişələrin nizamlanmasında beynəlxalq birliyin rolu” mövzularında diskussiyalar keçiriləcək.
Konfransın yekunlarına əsasən gənclərin hərbi münaqişələrin nizamlanması ilə bağlı Bakı bəyannaməsi qəbul olunacaq. Sənəd Madriddə keçirilmiş ATƏT gənclər forumunun davamı olacaq.
Tədbir Gənclər və İdman, Xarici İşlər nazirliklərinin təşəbbüsü ilə respublikada bu il elan olunmuş Gənclər ili çərçivəsində keçiriləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət