Azərbaycan Mikromaliyyələşdirmə Bankı nizamnamə kapitalını 81,8% - 20 mln. manata qədər artırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
QSC-nin sadə səhmlərinin emissiya prospekti ötən həftə komitədə qeydiyyatdan keçib.
Emissiya hər birinin nominal dəyəri 1 manat olan 9 mln. səhmə bölünüb.
Yerləşdirmə qapalı abunə metodu ilə keçiriləcək. Birja mütəxəssislərinin fikrincə, AMMB səhmlərin yerləşdirilməsinə bu ilin sonuna qədər başlayacaq.
Hazırda bankın nizamnamə kapitalı 11 mln. manat təşkil edir.
Azərbaycan Mikromaliyyələşdirmə Bankı Azərbaycanda 2002-cui ildən fəaliyyət göstərir. 5 beynəlxalq maliyyə institutu – Avropa Yenidənqurma və İnkişaf Bankı (18,25%), Beynəlxalq Maliyyə Korporasiyası (25,55%), Qara dəniz Ticarət və İnkişaf Bankı (25,55%), KfW (24,96%) və Almaniyanın LFS Financial Systems GmbH konsaltinq firması (5,69%) AMMB-nin təsisçiləridir. Bank həmçinin Avropa Birliyi və Texniki Yardım üzrə GTZ Alman Fondu tərəfindən dəstəklənir.
AMMB 2006-cı ilin yekunlarına əsasən “İnterfaks-İTM”in hazırladığı “İnterfaks-1000”: MDB Bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları sırasında 675-ci, Azərbaycan bankları sırasında isə 13-cü yeri tutub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət