Azərbaycanın Mbask sığorta şirkəti 2008-ci il üçün tədiyələrinin 57,1% - 22 mln. manata qədər artacağını proqnozlaşdırır. Bu barədə şirkətin idarə heyətinin sədri Cəmil Məlikov çərşənbə axşamı mətbuat konfransında bildirib.
"Bu ilin 9 ayı ərzində Mbask-ın tədiyələri 9,46 mln. manat təşkil edib. 2007-ci ilin yekunları üzrə biz tədiyələri 14 mln. manat həcmində gözləyirik. Gələn il üçün tədiyələrin yığım proqnozu 22 mln. manata bərabərdir", - deyə o bildirib.
C.Məlikovun sözlərinə görə, 2008-ci ildə şirkətin tədiyələrinin əsasını avto-KASKO sığortası üzrə daxilolmalar təşkil edəcək.
"2007-ci ilin yanvar-sentyabr aylarında sığortanın bu növü üzrə 6 mln. manat tədiyə alınıb, ilin yekunları üzrə onların həcmi 7 mln. manat olacaq. 2008-ci il üçün biz bu sığorta növü üzrə ödənişləri təxminən 10 mln. manat hıcmində proqnozlaşdırırıq", - deyə o qeyd edib. Gələn il üçün avtomobil sığortası üzrə polislərin satış həcmi 20 mindən artıq həcmdə gözlənilir.
C.Məlikov vurğulayıb ki, 2008-ci ildə şirkət digər mənbələr üzrə gəlirlərinin artacağına ümid edir. Şirkət təkrar sığorta üçün digər şirkətlərdən risklərin alınmasından 1 mln. manata qədər, banklarda depozitlərin yerləşdirilməsindən – 1,5 mln. (2007-ci ilin yekunları üzrə onların həcmi 8 mln. manat təşkil edəcək - İF), sığorta ödənişinin həyata keçirildiyi avtomobil nəqliyyat vasitələrinin hissələrinin satışından 200 min manat gəlir əldə etməyi planlaşdırır.
Şirkətin rəhbəri əlavə edib ki, 2007-ci ilin yekunları üzrə Mbask sığorta halları üzrə 2,5 mln. manat məbləğində ödəniş həyata keçirmək niyyətindədir. Bu ilin 9 ayı ərzində onların həcmi 2,1 mln. manat təşkil edir.
C.Məlikov qeyd edib ki, Mbask Azərbaycanın AzRe Təkrarsigorta şirkəti ilə (respublikada ilk təkrar sığorta şirkəti) bağladığı müqaviləyə əsasən, işə götürənin məsuliyyətinin sığortalanması üzrə risklər təkrar sığorta üçün həmin şirkətə veriləcək.
Mbask 1992-ci ildə yaradılıb və ölkənin aparıcı sığorta şirkətlərinin beşliyinə daxildir. Şirkətin nizamnamə kapitalı 2 mln. manata bərabərdir. Mbask-ın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı (30%), UniBank kommersiya bankı (10,6%) və fiziki şəxslərdir (59,4%).
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət