“Mbask” sığorta şirkəti 2008-ci ildə nizamnamə kapitalını 50% artıraraq 3 mln. manata çatdırmağı planlaşdırır. Bu barədə şirkətin İdarə Heyətinin sədri Cəmil Məlikov çərşənbə axşamı mətbuat konfransında bildirib.
“Hazırda şirkətin nizamnamə kapitalı 2 mln. manata bərabərdir. 2008-ci ildə biz nizamnamə kapitalını 1 mln. manat (3 mln. manatadək –İF) artırmağı planlaşdırırıq. Nizamnamə kapitalının artırılması şirkətin öz kapitalının 3,7 mln. manata çatdırılmasına imkan verəcək”,-deyə C.Məlikov vurğulayıb.
Onun sözlərinə görə, 2008-ci ildə şirkətin kapitalının artırılması 2007-ci ildə əldə olunmuş mənfəətin hesabına təmin ediləcək.
O qeyd edib ki, şirkətin səhmdarları strukturunda heç bir dəyişiklik olmayacaq.
C.Məlikov əlavə edib ki, hələlik “Mbask”ın planlarına filial şəbəkəsinin genişləndirilməsi daxil deyil.
“Filial şəbəkəsinin genişləndirilməsi prosesi şirkətdə avtomatlaşdırma başa çatdıqdan sonra davam etdiriləcək. Biz artıq sığorta biznesinin avtomatlaşdırılmasına $525 min həcmində investisiya qoymuşuq. Bu, şirkətin gələcək inkişafı üçün çox lazımdır”,-deyə o vurğulayıb.
“Mbask” sığorta şirkəti 1992-ci ildə yaradılıb və Azərbaycanın beş aparıcı sığorta şirkətləri beşliyinə daxildir. Şirkətin nizamnamə kapitalı 2 mln. manatdır. Səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı (30%), “UniBank” (10,6%), həmçinin fiziki şəxsdir (59,4%).
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət