Həyat sığortası üzrə ixtisaslaşdırılmış şirkəti Azərbaycanda fəaliyyət göstərən 4-5 sığorta şirkəti yarada bilər.
“Həyat sığortası sığortanın digər növlərindən fərqlənir. Ona görə də düşünürəm ki, hazırda Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən yalnız 4-5 şirkət ciddi şəkildə həyat sığortası ilə məşğul ola bilər”,- deyə Dövlət Sığorta Nəzarəti şöbəsinin rəhbəri Namiq Xəlilov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib. Onun sözlərinə görə, 2008-ci ildən Azərbaycanda həyat sığortası ilə yalnız ixtisaslaşdırılmış sığorta şirkətləri məşğul ola biləcək.
“Bununla yanaşı, həyat sığortası ilə məşğul olmaq üçün şirkət yaxşı kapitala malik olmalıdır”,- deyə o qeyd edib. N. Xəlilov bildirib ki, Maliyyə Nazirliyi həyat sığortasının inkişafını stimullaşdıracaq kompleks tədbirlər həyata keçirməyi planlaşdırır. Əsasən də Maliyyə Nazirliyi orta və uzunmüddətli qiymətli kağızlar buraxmağı planlaşdırır.
“Belə kağızlar investisiyalar yatırmaq üçün sığorta şirkətlərinə yaxşı element hesab edilir. Bundan əlavə, vəsaitlərini uzunmüddətli kağızlara yerləşdirən sığorta şirkətlərinə öz müştərilərinin həyat sığortası üzrə investisiya gəlirlərini hesablamaq daha asandır”,- deyə o qeyd edib. N. Xəlilov bildirib ki, həyat sığortası üzrə xidmət göstərməyə maraqlı olan sığorta şirkətlərinə öz bizneslərini həyat sığortası və sığortanın digər növlərinə ayırmaları üçün üç il vaxt veriləcək. Bazarda 2008-ci ildən fəaliyyət göstərəcək şirkətlər isə həyat sığortası üzrə xidmət göstərmək üçün ayrı, digər növlər üçün isə ayrı lisenziya almalı olacaq.
Xəbər verildiyi kimi, hazırda Azərbaycanda 29 sığorta şirkəti fəaliyyət göstərir. 2007-ci ilin yanvar-sentyabrında onların həyat sığortasından əldə etdikləri tədiyyələr 0,52 mln. manat (bütün tədiyyələrin 0,5%-i), ödənişləri isə 0,15 mln. manat (bütün ödənişlərin 0,6%-i) təşkil edib.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət