Naxçıvan Muxtar Respublikasında (NMR) ÜDM-nin həcmi son 12 ildə 11,4 dəfə artıb. Bu barədə NMR Dövlət Statistika Komitəsindən məlumat verilib.Məlumata görə, 2007-ci ilin yanvar-noyabr aylarında NMR-də ÜDM 496,4 mln. manat təşkil edib ki, bu da 1995-ci ilin hesabat dövrünün göstəricisindən 11,4 dəfə çoxdur. Bildirilir ki, Vasif Talıbovun Naxçıvan MR-in Ali Məclisinin sədri seçilməsindən keçən 12 il ərzində hər il makroiqtisadi göstəricilər yüksələn xətlə inkişaf edib. Belə ki, 2007-ci ilin yanvar-noyabr aylarında NMR-də adambaşına düşən ÜDM 1 512 manata çatıb. Bu 1995-ci ilin göstəricisindən 11,1 dəfə çoxdur.
“Hesabat dövründə sənaye məhsullarının həcmi 116,2 mln. manat təşkil edib ki, bu da 1995-ci ilin göstəricisindən12,7 dəfə çoxdur. Hazırda NMR-də 192 adda sənaye məhsulu istehsal olunur”,- deyə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.Bununla yanşı, 2007-ci ilin yanvar-noyabr aylarında NMR-ə yatırılan investisiyaların həcmi 1995-ci illə müqayisədə 64,1 dəfə artaraq 195,3 mln. manat, sahibkarlara verilən kreditlərin həcmi isə 191,6 dəfə artaraq 6,514 mln. manat təşkil edib. 1995-2007-ci illərdə NMR-də 2150 km uzunluğunda yeni avtomobil yolu və 50 körpü tikilib, 43 körpü əsaslı şəkildə təmir olunub. Bu dövr ərzində nəqliyyat sektorunda yük daşımalarının həcmi 11,2 dəfə, sərnişin daşımalarının həcmi isə 1,9 dəfə artıb. Müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində nəzərə çarpan irəliləyişlərə nail olunub. Belə ki, 1995-ci ildən MR ərazisində 4 mobil operator rabitə xidməti fəaliyyət göstərir. İran ərazisindən Bakı və Naxçıvanı birləşdirən fibro-optik kabel çəkilib, MR ərazisində yayımlanan kanalların sayı dörddən doqquza çatıb, bir yerli kanal açılıb, 85 elektron tipli ATS istismara verilib. Hazırda MR-də hər 25 şagirdə bir kompüter düşür. Halbuki 1995-ci ildə bir kompüterdən 4044 şagird istifadə edirdi.Dövlət Statistika Komitəsindən verilən məlumata görə, son 12 ildə əhalinin gəlirləri 14,5 dəfə artaraq 455 mln. 761 min manat təşkil edib. Bu dövr ərzində adambaşına düşən gəlirlər 12,7 dəfə artaraq 1192,8 manata çatıb. 1995-2007-ci illər ərzində NMR-də 50054 yeni iş yeri açılıb ki, onların 57,5% -i daimidir. 1995-ci ilin sonundan bu günədək meşə ehtiyatlarının artırılması məqsədilə MR-də 1 min hektardan çox yeni meşə zolağı salınıb.
Ötən dövr ərzində MR-də 87 meqavatt gücündə modul elektrik stansiyası və Heydər Əliyev adına Su Anbarında 4,5 meqavatt gücündə Vayxır su elektrik stansiyası, Naxçıvan qaz-turbin və Araz su elektrik stansiyaları tikilib. Bu da elektrik enerjisinin istehsalını ümumi tələbat səviyyəsinə çatdırmaq imkanı verib.Uzunmüddətli fasilədən sonra istehlakçılar təbii qazla təmin olunub.
Məqsədyönlü tədbirlərin aparılması və ixracın effektli təşkili nəticəsində cari ilin 11 ayında MR-də xarici ticarət dövriyyəsi 1995-ci illə müqayisədə 4,3 dəfə artaraq 82 min 217,1 min dollar təşkil edib. Onun tərkibində ixrac 8,3 dəfə artaraq $16 mln. 043,5 min, idxal isə 3,9 dəfə artaraq $66 mln. 173,6 min təşkil edib. Son 12 ildə əsas istehlak məhsullarının idxalı yerli istehsalın inkişafı hesabına 6,8 dəfə azalıb.
2007-ci il dekabrın 1-nə olan vəziyyətə görə, muxtar respublika əhallisinin sayı 1995-ci illə müqayisədə 52,1 min nəfər artaraq 384 min nəfərə çatıb. Hər 1 min nəfərə görə ölüm göstəricisi azalaraq 1995-ci ildə 6,1-ə qarşı 5,3 təşkil edib. Bir yaşadək olan uşaqlar arasında uşaq ölümünün göstəricisi sağ doğulan uşağa görə 11,3 dəfə azalaraq 15 nəfər təşkil edib. Hesabat dövründə MR-də ana ölümü halları tamamilə aradan qaldırılıb. Muxtar respublikada cinayətkarlıq minimal səviyyəyədək azalıb. MR ərazisində 2007-ci ilin yanvar-noyabr aylarında 57 cinayət hadisəsi qeydə alınıb. Bu isə 1995-ci illə müqayisədə bu göstəricinin 9,5 dəfə azalması deməkdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət