2007-ci ilin yanvar-noyabr aylarında Azərbaycan banklarının ümumi aktivləri 2007-ci il dekabrın 1-nə 62,7% artaraq 6 mlrd. 148,7 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Bankından (AMB) məlumat verilib.
Bankların aktivləri strukturunda müştərilərə verilmiş kreditlər daha çox xüsusi çəkiyə malikdir. Onların payına 4 mlrd. 040,98 mln. manat və ya bankın bütün aktivlərinin 65,72%-i düşüb. 2007-ci ilin 11 ayı ərzində bu kreditlərin həcmi 89,8% artıb.
2007-ci il dekabrın 1-nə aktivlərin strukturunda bankların müxbir hesablarının payına 590 mln. manat (18,9% azalma), nağd vəsaitlərin payı 262,22 mln. manat (22% artım) təşkil edib. İnvestisiyaların payına 439,67 mln. manat (90,5% artım) düşür.
Bundan əlavə, bankların aktivləri strukturunda maliyyə sektoruna verilən kredit və depozitlərin həcmi 251,55 mln. manat (66,1 % artım), digər aktivlər isə 564,3 mln. manat (73,8% artım) təşkil edir.
2007-ci il dekabrın 1-nə passivlərin strukturunda bankların öhdəlikləri 5 mlrd. 125,5 mln. manata və ya bütün passivlərin 83,36%-nə (61,4% artım) bərabərdir.
Öhdəliklərin tərkibində həcmi 3 mlrd. 276,38 mln. manata (44% artım) bərabər olan depozitlər daha çox xüsusi çəkiyə malikdir. Bunun 1545,7 mln. manatı xarici valyutada, 1518,5 mln. manatı milli valyutada olan depozitlərin, yerdə qalan məbləğ isə hökumət hesablarının payına düşüb. Fiziki şəxslər banklara 1 mlrd. 368 mln. manat (66,9% artım) yatırıb.
Bankların öhdəlikləri struturunda maliyyə sektorundan 1487,71 mln. manat (2 dəfə artım) kredit və depozitlər alınıb. Digər öhdəliklərin payına 361,45 mln. manat (75,9% artım) düşüb.
Passivlər strukturunda bank kapitalnın xüsusi çəkisi 16,64% və ya 1 mlrd. 023,2 mln. manat təşkil edib. 2007-ci il yanvarın 1-i ilə müqayisədə kapitalın həcmi 69,6% artıb.
2007-ci il dekabrın 1-nə olan vəziyyətə görə, orta hesabla hər bankın payına 23,2 mln. manatlıq (69% artım) nizamnamə kapitalı düşür.
AMB-nin məlumatına görə, 2007-ci il oktyabrın 1-nə ölkədə 44 bank fəaliyyət göstərir. Onlardan 21-i xarici kapitala malikdir.
Qeydiyyatdan keçən 44 bankdan 36-nın nizamnamə kapitalı Milli Bankın 2007-ci il iyulun 1-nə olan (10 mln. manat) tələblərinə cavab verir. Onlardan birinin kapitalı 3,5 mln. manata, daha birininki 5 mln. manata, altı bankın kapitalı isə 10 mln. manata çatmır.
2007-ci ilin yanvar-noyabr aylarında Aərbaycan banklarının xalis mənfəəti 154,11 mln. manata bərabər olub ki, bu da 2006-cı il dekabrın 1-ilə müqayisədə 2,26 dəfə çoxdur. Ötən ayı mənfəətlə başa vurmuş bankların sayı 10-a qədər artaraq 40 təşkil edib.
2007-ci ilin yanvar- noyabr aylarında 3 bank (balans rəqəmləri yekun məlumatlarda nəzərə alınmamış bir bank çıxılmaqla) 3,91 mln. manat zərərlə başa vurub. Ölkədə ziyanla işləyən bankların sayı 10-a qədər, ziyanın həcmi isə 75% azalıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət