Həbsdə olan jurnalistlər cinayət törətdiklərinə görə cəza çəkirlər. Bu barədə prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev çərşənbə günü jurnalistlərə məlumat verib.
“Jurnalistlər normal jurnalistikanın tələbləri səviyyəsində çalışmalıdırlar”,-deyə R.Mehdiyev KİV nümayəndələrinin barəsində çıxarılmış məhkəmə hökmləri ilə bağlı vəziyyəti şərh edərkən bildirib. “Yerlərdə müəyyən çatışmazlıqlar var. Bu barədə yazmaq olar, bunu heç kim qadağan etmir. Amma xırda bir məsələni şişirdib, gətirib bunu cinayət xarakterinə çevirmək və tələb eləmək ki, yox, mən jurnalistəm, mənə heç nə etmək olmaz – burada müstəsna hal (qanunvericilikdə jurnalistlər üçün –İF-Az) ola bilməz”,-deyə o vurğulayıb.
Hazırda “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov, həmin qəzetin satirik-jurnalisti Mirzə Sakit, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev həbsdədir.
Həmçinin yanvarın 16-da Nərimanov Rayon Məhkəməsi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını və bu nəşrin əməkdaşı Vüqar Ələkbərovu iki və bir il yarım müddətinə icbari işə məhkum edib. Məhkəmə hökmü Yevlax rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin iddiası əsasında çıxarıb. E.Vəliyev A.Zeynallı və V.Ələkbərovu “Xural” qəzetinin ötən ilki oktyabr sayında dərc olunmuş məqalədə onun şərəf və ləyaqətini təhqir etməkdə ittiham edib.
Prezident İlham Əliyevin 28 dekabr fərmanı ilə 114 nəfər əfv edilib. Onların arasında əvvəllər məhkum olunmuş beş jurnalist də var.
E.Fətullayev və Q.Zahidovun məhkəməsi davam edir. Azərbaycan qanunvericiliyinə görə, bu onların əfvinə mane olur. S.Zahidov isə əfv komissiyasına müraciət etməyib.AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət