Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) 2007-ci ildə 2006-cı illə müqayisədə aktivlərini 2,4 dəfə artıraraq $133 mln-a çatdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Aktivlərin artımı beynəlxalq maliyyə institutlarından və investorlardan alınan kredit xətlərinin həcminin artması ilə bağlıdır. 2007-ci ildə cəlb edilən xarici borcların həcmi $60 mln-u ötüb”, - deyə bildirilib.
2008-ci il yanvarın 1-nə bankın kredit portfeli $114 mln. (2,4 dəfə artım), depozit portfeli $14 mln. (3,8 dəfə artım), pul köçürmələri üzrə orta aylıq dövriyyə isə $11 mln-a bərabər olub.
Bankdan kredit alan müştərilərin sayı 2007-ci ildə 2,85 dəfə artaraq 47,683 minə çatıb. “Bütövlükdə beş illik fəaliyyət dövrü ərzində bank tərəfindən $274 mln. məbləğində təqribən 98 min kredit, o cümlədən xırda müəssisələrə $250 mln. məbləğində 66 min kredit verilib”, - deyə məlumatda bildirilib. 2007-ci ildə bankın nizamnamə kapitalı 11 mln. manata qədər, filiallar şəbəkəsi isə dörd yeni filialın açılması nəticəsində 14-dək artıb.
Azərbaycan Mikromaliyyələşdirmə Bankı 100% əcnəbi bank hesab edilir. Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Almaniyanın “KfW” bankı və “LFS Financial Systems GmbH” konsaltinq firması və “Access Microfinance Holding” AMMB-nin səhmdarlarıdır.
AMMB 2007-cı ilin I yarısının yekunlarına əsasən, “İnterfaks-İTM”-in hazırladığı “İnterfaks-1000”: MDB Bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları sırasında 512-ci, Azərbaycan bankları sırasında isə 11-ci yeri tutub.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət