Avropa Şurası Parlament Assambleyası (AŞPA) mart ayında Azərbaycanda “siyasi məhbuslar” üzrə məruzəçisini təyin edə bilər. Bir qrup hüquq müdafiəçisi belə hesab edir.
“Siyasi məhbuslar üzrə məruzəçi ötən həftə AŞPA-nın qış sessiyasında təyin olunmalı idi. Lakin bu məsələ mart ayına kimi təxirə salınıb”,-deyə İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı çərşənbə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, AŞPA-nın Monitorinq komitəsinin həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova fevralın 4-10-da Azərbaycanda səfərdə olacaqlar. Onlar “siyasi məhbuslar” problemini ölkə prezidenti və hüquq müdafiəçilərilə birgə müzakirə edəcəklər. “AŞPA-da “siyasi məhbuslar” mövzusunun qapadılması üçün Azərbaycan hakimiyyətinin ciddi qərarlar qəbul edəcəyi gözlənilir”,-deyə S.Qocamanlı vurğulayıb. O deyib ki, martın 13-də AŞPA Bürosunun iclası keçiriləcək. İclasda həmməruzəçilərin Bakı səfərinin yekunları müzakirə olunacaq və bununla da Assambleyanın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisinin təyinatı məsələsi həll olunacaq. S.Qocamanlının sözlərinə görə, Monitorinq qrupunda təmsil olunan hüquq-müdafiəçilərinin təqdim etdiyi siyahıda 35 “siyasi məhbus”un adı var. Büro rəhbəri qeyd edib ki, Azərbaycanda “siyasi məhbuslar” problemi ölkəyə dair hesabatda da əksini tapıb. Sənədi Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq fevralın 20-də açıqlamağı planlaşdırır. AŞ komissarı bu ilin mayında Azərbaycana səfər etmək niyyətindədir.
Monitorinq qrupu Azərbaycanın icraçı və qanunvericilik hakimiyyəti, o cümlədən ictimai təşkilatların təmsilçilərindən ibarətdir. Qrup icra hakimiyyəti üçün məhbusların əfvi üzrə təkliflər hazırlayır.
Azərbaycan 2001-ci il yanvarın 25-də AŞ-yə daxil olub. Həmin vaxtdan 2005-ci ilədək belçikalı və britaniyalı deputatlar Corc Klerfaytla Malkolm Bryus Azərbaycanda məhbusların vəziyyətilə bağlı məsələ üzrə məruzəçilər təyin olunublar. Monitorinq qrupu fəaliyyətə başladıqdan sonra 2005-ci ildə bu vəzifə ləğv edilib.
Azərbaycan ölkədə siyasi əqidəsinə görə həbs cəzasına məhkum edilmiş dustaqların olmadığını bəyan edir. Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov isə beynəlxalq təşkilatlar tərəfindən “siyasi məhbus” anlayışının müəyyən olunmasının vacibliyini və bundan sonra Azərbaycana qarşı bununla bağlı hər hansı irad irəli sürməyin mümkünlüyünü bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət