Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi “Kapital bank”ın dövlətə məxsus 10% səhmlərinin fiziki şəxslərə paket satışı üzrə hərrac elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Komitəsindən məlumat verilib.
Komitənin elanında bildirilib ki, hazırda “Kapital bank”ın 50% səhmləri dövlətə məxsusdur. Hər birinin nominal dəyəri 10 manat olan dövlətə məxsus 120 min səhm hərraca çıxarılıb. Bununla yanaşı, hər biri 6 min səhm olan 20 səhm zərfi də hərraca çıxarılır.
Müsabiqənin şərtlərinə görə, onun iştirakçıları “Kapital bank”da institusional inkişafın keçirilməsi, eləcə də bankın səhm zərfinə görə olan qiymətlər barədə təkiliflərini təqdim etməlidirlər. “Kapital bank”ın səhmlərinə yiyələnmək istəyən fiziki şəxslər öz fəaliyyətləri haqqında məlumat və son maliyyə ili ərzində vergi borclarının olmaması ilə bağlı ərizə təqdim etməlidirlər. Hərrac üzrə təkliflər aprelin 7-dək qəbul olunacaq. İştirakçıların təkliflərinin qiymətləndirilməsi aprelin 10-da keçiriləcək.
Bir müddət əvvəl Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi “Kapital bank”ın dövlətə məxsus 85% səhmlərinin hüquqi şəxslərə, eləcə də 5% səhmlərinin bankın əmək kollektivinə satılması barədə müsabiqə elan edib.
Xəbər verildiyi kimi, 2007-ci ilin sentyabrında “Kapital bank”ın dövlətə məxsus 50% səhmləri “Xalq bank” (20%), “AtaHolding” (20%) və “Azersun Holding” ə (10%) satılıb.
Prezident İlham Əliyevin 2007-ci il 19 oktyabr sərəncamına əsasən “Kapital bank”ın dövlətə məxsus 50% səhmlərin özəlləşdirilməsinin qaydası müəyyənləşdirilib.
Xəbər verilirdi ki, özəlləşdirmənin birinci mərhələsinin (50% səhmlərin satışı - İF) yekunlarına görə, bankın ödənilmiş nizamnamə kapitalı 24 mln. manata, öz kapitalı isə 41,3 mln. manata qədər artıb.
“Kapital bank” 2007-ci ilin I yarısının yekunlarına dair “İnterfaks-İAM””ın hazırladığı “İnterfaks-1000”: MDB bankları” renkinqində aktivlərinin həcminə görə 336-cı, Azərbaycan bankları arasında isə 53-cü yeri tutub.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət