Azərbaycanın Baltikyanı ölkələrdəki diaspor təşkilatları fevralın 26-da qeyd ediləcək Xocalı faciəsinin 16-cı ildönümünə həsr olunan bir sıra tədbirlər keçirəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlər fevralın 20-də başlayacaq və martın 31-dək davam edəcək. Baltikyanı ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri Xocalıdakı faciənin qurbanlarının anım mərasimlərini keçirəcək, ictimaiyyətə Xocalı faciəsi haqqında materiallar təqdim edəcəklər.
Eyni zamanda bu ölkələrin ayrı-ayrı şəhər və rayonlarında xüsusi təşviqat qrupları yaradılacaq. Onlar faciəyə həsr olunan fotosərgilər nümayiş etdirəcək, elmi seminarlar təşkil edəcək, filmlər təqdim edəcək və maarifləndirici bülletenlər yayacaqlar.
1992-ci il fevralın 26-na keçən gecə Ermənistanın silahlı qruplaşmaları keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin dəstəyilə Xocalı şəhərini tutublar. Dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi nəticəsində 613 nəfər öldürülüb. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri yaşlı insan olub. Qırğın nəticəsində 487 nəfər yaralanıb. Onların 76 nəfəri uşaq olub. 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb.AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət