“Hollandiya-Azərbaycan-Türkiyə” Mədəniyyət Dərnəyinin təşəbbüsü ilə fevralın 24-də Haaqada Xocalı faciəsinin qurbanlarına həsr olunan abidənin açılışı olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən çərşənbə günü məlumat verilib.
Abidə Hollandiya ictimaiyyətini və ölkəyə gələn qonaqları məlumatlandırmaq məqsədilə “Kamperfoeliestraat” parkının ərazisində ucaldılıb.
Abidədə övladını erməni qəsbkarlarından qorumaq üçün onu başı üzərinə qaldıran ana təsvir olunub. Komitədən bildirilib ki, bu Azərbaycan hüdudlarından kənarda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan ilk abidədir.
1992-ci il fevralın 26-na keçən gecə Ermənistanın silahlı qruplaşmaları keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərini tutublar. Dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət