Bolqarıstan ildə 1 mlrd. kubmetrədək Azərbaycan qazını almağa hazırdır. Bu barədə Bolqarıstan prezidenti Georgi Pırvanov bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün yekunları ilə bağlı bildirib. O qeyd edib ki, Azərbaycan prezidenti ilə Bolqarıstanın Azərbaycan qazının kəşfiyyatında, hasilatında və nəqlində iştiraka hazır olmasını müzakirə edib. “Həmçinin müəyyən miqdarda, ildə 1 mlrd. kubmetrədək qaz alınması müzakirə edilib. Bu qaz artıq Turkiyə və Yunanıstan ərazisilə mövcud marşrut üzrə nəql olunacaq”,-deyə G.Pırvanov danışıqların yekunları ilə bağlı bəyanatında bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri görüşdən məlumat verib. “Mən Azərbaycan prezidentinə ölkənin bəzi Avropa energetika layihələrinə, o cümlədən Burqas-Aleksandropulus layihəsinə qoşulması məsələsinin bizim nazirlər və energetika şirkətindən olan ekspertlərlə müzakirəsinin keçirilməsini təklif etdim və ideyanın bəyənilməsinə görə təşəkkürümü bildirirəm”,-deyə G.Pırvanov qeyd edib. “Avropanın enerji təhlükəsizliyi məsələsinə məsul olan Avropa ölkəsi kimi Bolqarıstan Nabucco layihəsinin reallaşması üzrə işlərin canlandırılması üçün müraciət edir (Azərbaycana –İF-Az). Hesab edirəm ki, Azərbaycan bu layihə çərçivəsində böyük həcmdə qaz tədarükçüsü ola bilər”,-deyə Bolqarıstan başçısı vurğulayıb. “Qara dəniz və Xəzər dənizi regionları ölkələrinin enerji resurslarının diversifikasiyası mövzusunda konfransın keçirilməsi ideyasını bəyəndiyinə və bu istiqamətdə daha fəal işlərin aparılmasına görə cənab Əliyevə təşəkkürümü bildirirəm”,-deyə G.Pırvanov vurğulayıb. Öz növbəsində İ.Əliyev Azərbaycanla Bolqarıstan arasında enerji əməkdaşlığında böyük potensialın olduğunu bildirib. Onun sözlərinə görə, “bu mənada Azərbaycanla Bolqarıstan Avropa üçün əvəzolunmaz ölkələrdir”. O qeyd edib ki, bu il ölkədə 50 mln. tondan çox neft hasil ediləcək, təbii qaz ehtiyatları isə 2 trln. kubmetr təşkil edəcək. İ.Əliyevin sözlərinə görə, Azərbaycan çox yaxşı neft-qaz infrastrukturuna malikdir və Avropaya etibarlı enerji resursları ixracartçısına çevrilə bilər. G.Pırvanov həmçinin qeyd edib ki, görüşdə hər iki prezident iki ölkə arasında avia əlaqəsi problemi ilə bağlı narazılığını bildirib və problemi bu ilin sentyabrına kimi həll etmək niyyətində olduqlarını açıqlayıblar.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət