Qazaxıstan yanacaq-energetika və nəqliyyat sahələrində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə Qazaxıstanın Bakıdakı səfiri Serik Primbetov çərşənbə axşamı mətbuat konfransında məlumat verib.
“Qazaxıstanın Azərbaycanla iqtisadi əməkdaşlığında əsas prioritetlər neft, nəqliyyat və energetika sahələridir”,-deyə səfir bildirib. Onun sözlərinə görə, 2007-ci ildə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 2003-cü illə müqayisədə 2,7 dəfə artaraq $350 mln. təşkil edib. Bunun böyük hissəsi,yəni $222 mln.-u Qazaxıstan məhsullarının Azərbaycana idxalının payına düşür. Azərbaycandan Qazaxıstana ixracın payı $128 mln. təşkil edir. “Bizim ölkələrin prezidentləri əmtəə dövriyyəsinin $1 mlrd.-a çatdırılmasını qarşıya vəzifə qoyublar və buna nail olmaq lazımdır”,-deyə S.Primbetov vurğulayıb.
Səfir Qazaxıstan taxılının və Tengiz neftinin Aktau-Bakı marşrutu ilə daşınmasının artırılması imkanlarını şərh edərkən deyib ki, bunun üçün Xəzər Dəniz Gəmiçiliyi yüklərin daşınması üzrə tarifləri azaltmalıdır. “Hazırda böyük həcmdə taxıl dəmir yolu ilə Xəzərdən keçməklə Mahaçqala ərazisilə nəql olunur. Əgər Xəzər Dəniz Gəmiçilyi tarifləri aşağı salsa, həmçinin nəql üzrə bütün əməliyyat sürətləndirilsə, Azərbaycan istiqamətində bu daşınmaların həcmini artırmaq olar”,-deyə diplomat bildirib. S.Primbetov əlavə edib ki, “Kaşaqan” yatağından neft hasilatının həcmindən və müddətindən, həmçinin neft tranziti üçün tariflərin həcmindən asılı olaraq Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan boru kəmərilə nəqli məsələsi həll oluna bilər. O qeyd edib ki, bu, müddətdən asılıdır. Səfir Bakı və Astana arasında birbaşa hava əlaqəsinin aşılmasının vacibliyini vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət