BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı səsvermə ölkəmizin siyasi gücünü göstərib. Bu barədə prezident İlham Əliyev Novruz bayramı münasibətilə təşkil olunmuş şənkliklərdə çıxışı zamanı bəyan edib.
"Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü ilə bağlı Azərbaycanın ədalətli mövqeyi qətnamədə öz əksini tapıb və aparıcı beynəlxalq təşkilat olan BMT tərəfindən qəbul edilib. Bu, bizim diplomatik və siyasi qələbəmizdir", - deyə o, bildirib.
Dövlət başçısı qeyd edib ki, qətnamənin qəbul edilməsi Azərbaycanın artan nüfuzunun göstəricisidir. "Bizi dəstəkləyən ölkələr ədaləti bəyan edib. Baxmayaraq ki, bəzi dövlətlərə böyük təzyiq göstərilirdi. Digər tərəfdən, bu, dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşdığını göstərib. Biz münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında həllini tələb edirik və bu mövqeyimizdən geri çəkilməyəcəyik", - deyə İ.Əliyev bildirib.
"Dağlıq Qarabağın müstəqilliyi heç vaxt tanınmayacaq. Dünya ictimaiyyəti öz mövqeyini bir daha təsdiqləyib, Azərbaycan isə Dağlıq Qarabağın tanınmasına heç vaxt yol verməyəcək", - deyə prezident vurğulayıb.
O qeyd edib ki, hərbi quruculuğa göstərilən böyük diqqət gələcək illərdə də davam etdiriləcək.
"Bu bizim üçün prioritet məsələdir. Dövlət xərclərinin böyük hissəsi hərbi quruculuğa yönəldilib və biz bunu gələcəkdə də davam etdirəcəyik. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ başa çatmayıb, yalnız atəşkəs rejimi əldə olunub", - deyə İ.Əliyev vurğulayıb.
Qeyd edək ki, dövlət başçısı Novruz bayramı münasibətilə Bakıda keçirilən şənliklərdə iştirak edir.
İçərişəhər qala divarları qarşısında milli rəqs qrupları çıxış edir, bayrama həsr olunmuş səhnəciklər göstərilir, şirniyyatlar paylanılır. Tədbirlərdə dövlət başçısı ilə yanaşı hökumət üzvləri, deputatlar, diplomatik korpus da iştirak edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət