Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası cümə günü BVF-da inkişaf etməkdə olan ölkələrin nümayəndəliklərinin artırılması məqsədilə keçirilən kvota və səslərin yenidən bölüşdürülməsi üzrə təklifi bəyənib.
Dünya iqtisadiyyatında inkişaf etməkdə olan iri iqtisadiyyatların rolunun artmasını, eləcə də yoxsul ölkələrə çox səs verilməsini nəzərdə tutan kvota və səslərin yenidən bölüşdürülməsi barədə prinsipial qərar 2006-cı ildə Sinqapurda qəbul edilib.
Təsdiqlənən sxemə əsasən, ondan daha çox Çin (onun payı bir faiz bəndindən çox, yəni 4%-dək artıb), Koreya (0,65 faiz bəndindən 1,41%-dək), Hindistan (0,50-dən 2,44%-dək), Braziliya (0,36-dan 1,78%-dək) kimi ölkələr qazanıb.
Hazırda BVF-nun nizamnamə kapitalında Rusiyanın payı təxminən 2,79% edir. Yenidən bölüşdürmədən sonra isə 0 0,29 faiz bəndi, yəni 2,49%-dək azalacaq.
Böyük Britaniya və Fransanın da kvotaları ölkələrdən hər biri üçün yarım faizlik bənd üzrə 4,51%-dək, Səudiyyə Ərəbistanı və Kanada üçün təxminən 0,3 faiz bəndi azalıb.
BVF-nun tətbiq etdiyi yeni formula hər şeydən əvvəl ölkələrin ÜDM-un səviyyəsini, eləcə də iqtisadiyyatın açıqlığını, onun dəyişkənliyini, ehtiyatların səviyyəsini nəzərə alır.
Fondun rəhbərliyi eləcə də təşkilatın daxilindəki səsvermə sistemini də dəyişir ki, bu da ÜDM səviyyəsi yüksək olmayan ölkələrin xeyrinə səslərin bölüşdürülməsinə imkan verir. Bu yoxsul ölkələrin malik olduqları səsləri artıracaq. Lakin çox az ölkələr üçün bu, 1,6 faiz bəndindən artıq olacaq.
İnkişaf etmiş ölkələrin səslərinin payı beləliklə, Fondda 39,4%-dən 42,1%-dək artacaq. İnkişaf etmiş dövlətlər üçün bu, 57,9% təşkil edəcək.
Rusiya yenidən baxılmadan sonra 0,35 faiz bəndi itirərək 2,39% səsə malik olacaq. Ən böyük itkiyə Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı, Kanada məruz qalacaq.
Bununla yanaşı Çin səslərin sayına görə öz çəkisini 3,81-dək (+0,88 faiz bəndi) artıracaq.
Kvotaların yeni sistemi haqqında təklifin lehinə Direktorlar Şurası üzvlərinin 85%-i səs verib. The Wall Street Journal-in məlumatına görə, sənədin qəbul edilməsi əleyhinə BVF-da inkişfa etməkdə olan ölkələrin çəkisinin kifayət qədər artmadığını hesab edən Rusiya, İran, Səudiyyə Ərəbistanı səs veriblər.
Kvotalar və səslərin bölüşdürülməsi haqqında qərar Fondun İdarəçilər Şurası tərəfindən aprelin sonlarında qəbul edilməlidir.
BVF-nun sərəncamçı direktoru Dominik Stross-Kan jurnalistlərə bildirib ki, yeni sistem daha çevik olacaq və dünya iqtisadiyyatındakı dəyişiklikləri daha yaxşı tənzimləməyə imkan verəcək.
ABŞ-ın səs kvotası (yenidən baxılmadan sonra 16,73%) əvvəlki kimi Vaşinqtona Fondun istənilən, eləcə də kadrlar barədə qərarlarının qəbulu zamanı (qərarın təsdiqlənməsi üçün ən azı 86% səs lazımdır) veto qoymaq hüququ verir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət