Prezident İlham Əliyev ölkədə korrupsiya ilə mübarizədə irəliləyişin olduğunu bildirir.
“İnterfaks-Azərbaycan” agentliyinə prezidentin İcra Aparatından verilən məlumata görə, bazar ertəsi İ.Əliyev Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (BAOA) prezidenti, Çinin keçmiş baş prokuroru Szya Çunvan ilə görüşündə əmin olduğunu bildirib ki, aprelin 1-də Bakıda keçiriləcək Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası İcraiyyə Komitəsinin iclası çox uğurlu olacaq.
O, Azərbaycanın 130-dan çox dövləti birləşdirən İcraiyyə Komitəsində təmsil olunması faktını yüksək qiymətləndirib. Prezident Azərbaycanda antikorrupsiya proqramlarının icrası işində çox böyük uğurlara nail olunduğunu vurğulayıb. O qeyd edib ki, 2004-cü ildə korrupsiyaya qarşı mübarizə haqqında qanun qəbul olunub və Dövlət proqramı təsdiq edilib. Bunun nəticəsində ölkədə korrupsiyaya qarşı mübarizə üzrə komissiya yaradılıb. İ.Əliyev deyib ki, bu sahədə problemlərin aradan qaldırılması üçün həmçinin inzibati tədbirlər həyata keçirilir, korrpusiya ilə mübarizədə ikili standartlara yol verilmir. Bu sahədə beynəlxalq əməkdaşlığın uğurla davam etdiyini bildirən
dövlər başçısı deyib ki, respublika hasilat sənayesində şəffaflıq təşəbbüsünə qoşulub və Azərbaycan Dövlət Neft Fondu bu sahədəki uğurlarına görə BMT-nin yüksək mükafatına layiq görülüb. İ.Əliyevin sözlərinə görə, son illər Azərbaycanda korrupsiyanın səviyyəsi aşağı düşüb və ölkənin sürətlə inkişaf edən iqtisadiyyatında özəl sektorun payı artıb. Hazırda bu göstərici 80% təşkil edir. O həmçinin yoxsulluğun səviyyəsinin azaldığını vurğulayıb və qeyd edib ki, son dörd ildə bu göstərici 49%-dən 16%-ə enib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət