Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Novorossiysk limanından yola salınan Rebco markalı neftin aprel ayına ikinci partiyasının satışı üzrtə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ARDNŞ-dən məlumat verilib.
600 min barel həcmində neftin olduğu partiya aprelin 28-29-da yola salınacaq.
Verilən məlumata görə, 2008-ci ildə ARDNŞ Bakı-Novorossiysk neft kəməri ilə şirkətin yataqlarını işləyən əməliyyat və birgə şirkətlərin və qismən də onun öz nefti də daxil olmaqla 1 mln. ton neft nəql etməyi planlaşdırır.
ARDNŞ-in Rebco markalı neftinin yanvar və mart partiyalarını Britaniyanın Glencore Energy UK Ltd, aprel ayına birinci partiyanı Arcadia Petroleum şirkətləri alıb. ARDNŞ fevral ayında Novorossiysk limanından neftin yola salınması üzrə tender elan etməyib.
2007-ci ildə ARDNŞ Novorossiysk limanından 9 partiya Rebco markalı neft yola salıb. Bunun 3 partiyasını Glencore Energy UK Ltd, hər biri ayrı-ayrılıqda ikisini Oil Refineries LTD və Sun Oil, hər biri ayrı-ayrılıqda bir partiyasını isə Reoc Ltd və Arcadia Petroleum şirkətləri alıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət