Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi unüyütmə fəaliyyətilə məşğul olan “Gəncə dəyirmanı” SC-nin səhmlərinin 61% -nin satılması üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Komitədən məlumat verilib.
SC-nin 1 044 110 səhmlərinin satışı üzrə keçirilən müsabiqədə yerli və əcnəbi sərmayədarlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramı yüksək keyfiyyətli un, yem, çörək və çörək məmulatlarının hazırlanması və həyata keçirilməsini nəzərdə tutmalıdır. Bununla əlaqədar proqramda taxıl ehtiyatlarının yaradılması, yeni avadanlıqların alınması, mövcud binaların və qurğuların təmiri, bərk buğda sortlarından olan yüksək keyfiyyətli unun alınması, ekoloji məsələlərin həlli və yeni iş yerlərinin açılması üçün yerli fermerlərlə əməkdaşlıq üzrə təkliflər əks olunmalıdır.
Bundan əlavə, investisiya proqramında bu məqsədlər üçün nəzərdə tutulan sərmayələrin həcmi və müddəti də göstərilməlidir.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə 550 min manatdan az olmayan miqdarda pul köçürməli, həmçinin pozulması üçün 15 min özəlləşdirmə çeki təqdim etməlidir. Xarici sərmayədarlar qalib gəldiyi təqdirdə analoji sayda özəlləşdirmə çeki təqdim etməlidirlər.
Müsabiqə qalibilə səhmlərin alqı-satqısı üzrə saziş müsabiqənin yekunları təsdiqlənəndən sonra 30 gündən gec olmayaraq imzalanmalıdır. Qalib sazişi imzaladıqdan sonra 60 gün ərzində səhmlərə görə müsabiqə təkliflərilə nəzərdə tutulan vəsaiti dövlət büdcəsinə köçürməli və silinməsi üçün özəlləşdirmə çeklərini təqdim etməlidir. Müsabiqə üzrə təkliflərin qəbulu aprelin 23-dək keçiriləcək. Təkliflərin qiymətləndirilməsi aprelin 25-də baş tutacaq.
“Gəncə dəyirmanı” SC Gəncə şəhərində yerləşir. Müəssisə istismara 1935-ci ildə verilib və 7,57 ha ərazini əhatə edir. SC-də 88 insan çalışır.
2008-ci il martın 1-ə olan vəziyyətə görə, SC-nin öhdəlikləri 2 mln. 913,927 min manat təşkil edir. Müəssisənin debitor borcları 1 mln. 816,849 min manatdır.
SC-nin nizamnamə kapitalı 2008-ci il martın 1-nə 3 mln. 436,988 min manata bərabər olub. O, nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət