«Aztelekom» İB 2009-cu ilədək Gəncədə NGN (Next Generation Network) yeni nəsil multiservis şəbəkəsi üzrə 40,088 min telefon nömrəsi istismara verməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional müxbirinə İB-dən məlumat verilib.
"2008-ci ildə Gəncədə NGN şəbəkəsi üzrə 40,088 min nömrənin istismara verilməsi nəzərdə tutulur. Bundan 20,088 min nömrə 54 və 55 saylı ATS-ə, 20 min nömrə isə 52, 53, 56 və 59 saylı ATS-ə veriləcək", - deyə mənbə bildirib. Onun sözlərinə görə, NGN şəbəkəsinin tətbiqi nəticəsində abunəçilər 100-ə yaxın televiziya kanalına baxmaq, eləcə də elektron ATS-in ümumi tutumunun 20%-i həcmində geniş zolaqlı İnternet, ümumi tutumun 10%-i həcmində səsli poçt xidmətlərindən, ümumi həcmin 5%-i həcmində videokonfranslar və digər rabitə xidmətlərindən istifadə etmək imkanı əldə edəcək.
“Aztelekom” İB-in Gəncə üzrə abunəçilərinin ümumi sayı 51 min təşkil edir.
2007-ci ildə “Aztelekom” İB Şamaxı rayonunda, “Bakı telefon şəbəkəsi” İB isə Bakı şəhərində NGN şəbəkəsinin tətbiqi üzrə layihə gerçəkləşdirib.
2008-ci il yanvarın 1-nə Azərbaycanda “Aztelekom” İB-in xidmət göstərdiyi 11,52 min nömrə və “Bakı Telefon şəbəkəsi” üzrə 160185 min nömrə NGN şəbəkəsilə əhatə olunub.
“Aztelekom” İB və “Bakı Telefon şəbəkəsi” İB 100% dövlətə məxsusdur. “Bakı Telefon şəbəkəsi” Bakı şəhəri, “Aztelekom” İB isə ölkə regionları üzrə bütün növ telefon və radio rabitəsi xidmətləri göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank yeni Visa Infinite kartını təqdim edir!
AccessBank “OK” kartı ilə alış-veriş et, 25 AZN keşbek qazan
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət