Prezidentin İcra Aparatı Seçki Məcəlləsinə dəyişiklikləri parlamentə təqdim edib və hazırda onlar öyrənilir. Bu barədə İcra Aparatının rəhbəri Ramiz Mehdiyev çərşənbə günü bəyan edib.
“Biz Seçki Məcəlləsinə texniki düzəlişləri parlamentə göndərmişik. Parlament məcəlləni nəzərdən keçirəcək və biz onun qəbul etdiyi qərara əsaslanacağıq”, - deyə o, jurnalistlərə bildirib.
R.Mehdiyev qeyd edib ki, İcra Aparatı seçki kampaniyasının müddətinin dörd aydan az olması ilə bağlı təklif irəli sürməyib.
“Biz İcra Aparatında bu məsələ ilə bağlı müzakirələr aparmamışıq. Lakin bir sıra deputatların və Yeni Azərbaycan Partiyasının nümayəndələrinin bu təkliflə çıxış etmələri mənə məlumdur. Parlament müvafiq qərar qəbul edəcək və biz onun əsasında fəaliyyət göstərəcəyik. Lakin biz Seçki Məcəlləsinə belə dəyişikliklərin edilməsi ilə bağlı təklif irəli sürməmişik”,- deyə o bildirib.
Müxtəlif beynəlxalq təşkilatların Azərbaycanda mətbuat azadlığı ilə bağlı vəziyyətə dair bəyanatlarına gəlincə, R.Mehdiyev deyib ki, onları “real faktlara əsaslanmadığına görə kimlərinsə tapşırığı ilə hazırlanmış bəyanatlar” kimi qiymətləndirir.
O həmçinin ölkənin Silahlı Qüvvələrinin şəxsi heyətinin İlham Əliyevin namizədliyini irəli sürməsi məsələsini də şərh edib .
“Hesab edirəm ki, Silahlı Qüvvələr siyasətdən kənarda qalmalıdır. Hər halda bu, konstitusiyada aydın şəkildə təsbit edilib və onlar siyasətdən uzaq olmalıdırlar”,- deyə R.Mehdiyev vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət