2008-ci ilin yekunlarına əsasən ÜDM-də özəl sektorun payı 86% təşkil edəcək ki, bu da 2007-ci ilin göstəricisini iki faiz bəndi ötəcək. Bu göstəricilər iqtisadi inkişaf naziri Heydər Babayevin çərşənbə günü rəsmi mətbuatda dərc olunmuş məqaləsində əksini tapıb.
“İqtisadi İnkişaf Nazirliyi ÜDM-in həcminə dair proqnozlarına düzəlişlər edib. Biz bu il ÜDM-in həcminin 32,7 mlrd. manat təşkil edəcəyini gözləyirik. ÜDM-də özəl sektorun payı 86% təşkil edəcək. 2007-ci ildə bu rəqəm 84% olub”, - deyə H.Babayev bildirib.
Nazir qeyd edir ki, hazırda Azərbaycan hökuməti özəl sektorun inkişafının stimullaşdırılması üçün tədbirlər həyata keçirir. Bu addımlar əsasən azad iqtisadi zonalar üçün qanunvericilik bazasının yaradılmasına, investisiya fəaliyyətinin genişləndirilməsinə, antiinhisar siyasətinin tənzimlənməsinə yönəlib.
“Hökumətin biznes mühitinin yaxşılaşdırılmasına yönələn fəaliyyəti nəticəsində 1993-2007-ci illərdə bütün mənbələrdən Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun həcmi $50 mlrd. təşkil edib. Qeyri-neft sektorunda investisiyanın hər il artması sevindirici haldır. 2006-cı ildə belə investisiyaların həcmi 2,6 mlrd. manat, 2007-ci ildə 3,3 mlrd. manat təşkil edib. 2008-ci ildə 4,2 mlrd. manat səviyyəsində olacağı gözlənilir”,-deyə nazir vurğulayıb.
H.Babayev əlavə edib ki, 2008-ci ilin yekunlarına görə, Azərbaycan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsinin $30 mlrd. səviyyəsində olacağını proqnozlaşdırır. 2007-ci ildə bu göstərici $27,3 mlrd. təşkil edib.
İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovaya istinadən verilən məlumata görə, Azərbaycan hökuməti 2008-ci ildə ÜDM-in həcminin 18,2% artaraq 31 mlrd. 468,9 mln. manat təşkil edəcəyini proqnozlaşdırmışdı. Lakin qeyri-neft sektorunda inkişafı nəzərə alaraq, ÜDM-in həcminə düzəlişlər edilib və real 20% artım nəticəsində 32,7 mlrd. manata çatdırılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət