Ötən gün Strasburqda Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarovla Edvard Nalbandyanın görüşü olub. “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan XİN mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri - Bernar Fasye (Fransa), Metyu Brayza (ABŞ) və Yuri Merzlyakov (Rusiya), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.
Nazirlikdən qeyd olunub ki, bu, Ermənistanın yeni təyin olunmuş baş naziri ilə ilk görüş olduğundan tanışlıq xarakteri daşıyıb.
E.Məmmədyarov görüşü konstruktiv qiymətləndirib. Söhbət zamanı Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkilinə dair məsləhətləşmələr aparılıb. Nazirin sözlərinə görə, bu görüşün təşkililə bağlı bir neçə variant var.
“Bu ilin iyununda görüşün (Sankt-Peterburqda İqtisadi Forum çərçivəsində prezidentlər arasında –İF-Az) təşkili müzakirə olunur. Biz keçirdiyimiz görüşün nəticələri barədə prezidentlərə məlumat verəcəyik və onlar öz səviyyələrində görüş barədə qərar qəbul edəcəklər”,-deyə E.Məmmədyarov bildirib. Eyni zamanda o qeyd edib ki, prezidentlərin qərarı əsasında nazirlər növbəti dəfə görüşə bilər. E.Məmmədyarov deyib ki, “məsələnin həlli və problemdən çıxış yolunun tapılması üçün imkan və istək var”.
“Danışıqların davam etdirilməsi üçün istək və imkan var. Biz iki qonşu ölkələrik. Məsələnin həllini tapıb, vəziyyətdən çıxmaq lazımdır”,-deyə nazir vurğulayıb.AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət