“Qarant Sığorta” 2009-cu ildə filialların açılışına başlamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin İdarə Heyətinin sədri Vaqif Həsənov məlumat verib.
“2009-cu ildə filial şəbəkəsinin yaradılmasına dair planımız var. Hesab edirik ki, filiallar özəl sektorla işə əsaslanmalıdır ki, bu da öz növbəsində ixtisaslaşdırılmış kadrların və sığorta məhsullarının olmasını tələb edir. Hazırda əhalinin və şirkətlərin ehtiyac duyduqları sığorta məhsullarının müəyyən olunması məqsədilə marketinq araşdırmaları aparırıq”,-deyə V.Həsənov bildirib.
Onun sözlərinə görə, şirkət 2009-cu ilədək sığorta agentləri şəbəkəsinin genişləndirilməsini, həmçinin onların “Sığorta fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq lisenziyalaşdırılmasını planlaşdırır.
V.Həsənov əlavə edib ki, “Qarant Sığorta” Azərbaycan İpoteka Fondunun agenti statusunu almağı planlaşdırır. Ancaq bu, fond tərəfindən ipoteka kreditləşməsi bərpa olunduqdan sonra mümkün olacaq.
“Qarant Sığorta” ZQAN Holding şirkətlər qrupuna daxildir. Fəaliyyət üçün lisenziyanı 2007-ci il noyabrın 29-da alıb. Nizamnamə kapitalı 1 mln. manat təşkil edir. Şirkət sığortanın 18 könüllü, 4 məcburi növü üzrə xidmət göstərmək hüququna malikdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət