Azərbaycan 1941-45-ci illər müharibəsində igidlik göstərmiş oğulları ilə fəxr edir. Bu barədə Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sədri Vasif Talıbov faşizm üzərində qələbənin 63-cü ildönümünə həsr olunan bayram tədbirində bildirib. “İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə böyük tarixi hadisədir. Bu qələbə müharibəyə cəlb olunmuş bütün ölkələrin və xalqların taleyində mühüm rol oynayıb, dünyanın siyasi mənzərəsinə və tarixi proseslərə mühüm təsir göstərib”,-deyə V.Talıbov öz çıxışında vurğulayıb. O qeyd edib ki, öz miqyasına, vurduğu maddi zərərə və insan tələfatına görə İkinci Dünya Müharibəsi bəşər tarixində ən dağıdıcı və qorxulu müharibə olub. Onun sözlərinə görə, müharibəyə cəlb olunmuş keçmiş Sovet İttifaqı respublikaları böyük məhrumiyyətlərə məruz qalıblar. Onların arasında Azərbaycan əhalinin ümumi sayına nisbətən orduya daha çox döyüşçü göndərib və daha çox itki verib. Belə ki, Azərbaycanın hər yeddinci vətəndaşı müharibəyə gedib və onların yarıdan çoxu qayıtmayıb. “Müharibə başlayanda təkcə bir gün ərzində Naxçıvan Muxtar Respublikasından orduya 6492 könüllü yola düşüb. Onların 2596-ı və ya 40 %-i gənclər olub. Ümumilikdə, 1941-45 illər müharibəsində 29,5 min naxçıvanlı iştirak edib. Onlardan 16 mini həlak olub”,-deyə V.Talıbov bildirib. “Ön cəbhədə göstərdikləri igidliklə yanaşı azərbaycanlılar arxa cəbhədə də misilsiz şücaət göstəriblər, ordunun yanacaqla, silahla, ərzaq və geyimlə təmin olunmasında mühüm rol oynayıblar”,-deyə spiker vurğulayıb. O deyib ki, əgər 1943-cü ildə SSRİ azərbaycanlı alim Yusif Məmmədəliyevin kəşf etdiyi və ümümdünya əhəmiyyətli yüksəkoktanlı benzini almasaydı, qış aylarında tankların, təyyarələrin hərəkəti çətinləşərdi ki, bu da şübhəsiz məğlubiyyətə gətirib çıxarardı. Bundan əlavə, müharibə ərzində Bakının sənaye müəssisələrində müxtəlif hərbi ləvazimatlar, döyüş sursatları istehsal olunub, məşhur “Katyuşa” zenit raketləri, “Yak-3” qırıcı təyyarələri yığılıb. “Bu gün biz 1941-45-ci illərdə igidlik göstərən azərbaycanlılarla fəxr edirik. Azərbaycanlılardan ibarət diviziyanın keçdiyi şərəfli yol xalqımızın igidlik və yenilməzlik nümunəsidir”,-deyə V.Talıbov qeyd edib. O deyib ki, 1941-45-ci illərdə göstərdiyi igidliyə və şücaətə görə Naxçıvan torpağının üç oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 103 döyüşçü müxtəlif dərəcəli “Şöhrət”, 315 nəfər “Qızıl ulduz” ordenləri, 500 adam isə digər döyüş ordeni və medallarla təltif olunublar. “Faşizm üzərində qələbəyə adını yazmış həmyerlilərimizin keçdiyi şərəfli döyüş yolu, onların döyüş təcrübəsi bugünkü gənclər üçün örnək, misilsiz xəzinədir”,-deyə spiker vurğulayıb. O qeyd edib ki, ölkədə müharibə veteranlarına böyük diqqət və hörmət göstərilir, onlar cəmiyyətdə mühüm qüvvə sayılırlar. Onların vətənə xidmət etməsi bugünkü gənclərin formalaşması üçün örnəkdir. V.Talıbov veteranları bayram münasibətilə təbrik edib və faşist Almaniyası üzərində qələbənin növbəti ildönümünü onlarla birgə keçirməkdən məmnun olduğunu bildirib. Tədbirdə veteranlara hədiyyələr verilib. Sonra Naxçıvan Dövlət Filarmoniyası solistlərinin iştirakı ilə bayram konserti olub.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar»ın əsas tərəfdaşlığı ilə «Balloon Festival» keçirildi
Bakcell-in dəstəyi ilə «Google AI Hackathon» baş tutub
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət