Azərbaycan və Türkiyə öz regionlarıda aparıcı dövlətlərdir. Onların iştirakı olmadan heç bir regional layihənin reallaşması mümkün deyil. Azərbaycanın dövlət başçısı İlham Əliyev belə hesab edir.
“Bizim münasibətlərimiz regionda əməkdaşlığa böyük töhfədir və Azərbaycanla Türkiyənin iştirakı olmadan bu regionda bir layihə belə həyata keçirilə bilməz”,-deyə İ.Əliyev çərşənbə günü Naxçıvanda Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla görüşünün yekunları ilə bağlı jurnalistlərə bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, prezident qeyd edib ki, iki ölkə arasında qarşılıqlı investisiya prosesi gedir və artıq bu gün Azərbaycan firmaları Türkiyənin sənaye və infrastrukturuna investisiya qoyurlar. İ.Əliyev deyib ki, Türkiyənin baş nazirilə danışıqların əsas mövzusu Ermənistana görə iqisadi blokadada olan Naxçıvan Muxtar Respublikasının inkişafına yardım göstərməkdir. Onun sözlərinə görə, enerji təhlükəsizliyi sahəsində atılan addımlar Naxçıvanın bu blokadadan çıxmasına xidmət edir. “Bakı-Tiflis-Ərzurum qaz kəmərinin inşası başa çatdıqdan sonra qaz hasilatı artırılacaq və Türkiyənin Azərbaycanla qonşu olan vilayətlərinə qaz verilməsi mümkün olacaq. Sonra isə Naxçıvan buna qoşula biləcək”,-deyə prezident vurğulayıb.
İ.Əliyev deyib ki, Türkiyənin baş naziri ilə görüşündə Naxçıvanın Bakı-Tiflis-Qars dəmir yoluna qoşulması məsələsini də müzakirə edib. “Bu məsələ böyük maliyyə və texniki resurslar tələb edir. Ancaq qarşılıqlı iradə sayəsində bunu həll edə bilərik. Çünki indiyədək öhdəmizə götürdüyümüz bütün məsələləri həll edə bilmişik”,-deyə o bildirib.
Dövlət başçısı qeyd edib ki, hazırda Naxçıvanda böyük inşaat işləri aparılır və bu sahəyə ən çox Türkiyə şirkətləri cəlb olunub. O, türkiyəli biznesmenlərin Azərbaycanın muxtar respublikasında çalışmaq istəyini təqdir etdiyini bildirib.
“İndiki görüşümüz böyük tarixi və siyasi önəmə malikdir. Çünki Naxçıvan Azərbaycanla Türkiyəni birləşdirən yeganə sərhəd vilayətidir”,-deyə prezident vurğulayıb.
O bildirib ki, R.Ərdoğanla görüşündə ikitərəfli münasibətlərə dair bütün məsələlər müzakirə olunub və bütün problemlərlə bağlı tərəflərin mövqeləri üst-üstə düşür. İ.Əliyev deyib ki, Bakı-Tiflis-Ceyhan neft layihəsi təkcə Azərbaycanla Türkiyə üçün yox, həm də bütün türkdilli dövlətlər üçün mühüm önəm kəsb edir. Çünki onlar da bu boru kəmərindən istifadə edə bilərlər.
Öz növbəsində R.Ərdoğan görüşdən, onun məhz Naxçıvanda keçirilməsindən razı qaldığını bildirib. Baş nazir indiyədək Naxçıvanda olmadığını qeyd edib. O, Azərbaycanın dövlət başçısı ilə siyasi, iqtisadi, hərbi və humanitar əməkdaşlıq məsələlərini, həmçinin perspekriv planı müzakirə etdiyini bildirib. “Bizim Azərbaycanla Cənubi Qafqazda sülhə və çiçəklənməyə nail olunmasına dair baxışlarımız eynidir”,-deyə baş nazir vurğulayıb.
Qarabağ probleminə toxunan Ərdoğan deyib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. “Bu münaqişə beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Türkiyə istəyir ki, Minsk Qrupu münaqişənin həlli istiqamətində öz səylərini artırsın. Çünki Dağlıq Qarabağın işğalı faktı BMT Baş Assambleyasının qətnaməsində də (“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” – İF-Az) əksini tapıb. Biz bu məsələdə Azərbaycanı necə dəstəkləmişiksə, bundan sonra da dəstəkləyəcəyik”,-deyə baş nazir bildirib. R.Ərdoğan deyib ki, Türkiyə Azərbaycanla, o cümlədən Naxçıvanla iqtisadi əlaqələri fəal surətdə inkişaf etdirir.
“Türkiyə Azərbaycanın qeyri-neft sektoruna hamıdan çox investisiya qoyur”,-deyə baş nazir vurğulayıb. Azərbaycanla Türkiyə arasında əmtəə dövriyyəsinin $1,2 mlrd. təşkil etdiyini bildirən baş nazir bu göstəricinin $3 mlrd.-a çatdırılmasının vacibliyini qeyd edib. O deyib ki, Türkiyə Naxçıvanın ən böyük ticarət tərəfdaşıdır. Onlar arasında əmtəə dövriyyəsi 2007-ci ildə $40 mln. təşkil edib və Türkiyə bu həcmin artırılması üçün səylərini əsirgəməyəcək.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət