ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi ümid edir ki, bu il keçiriləcək prezident seçkilərində resublika demokratik dəyərlərə sadiq olduğunu sübut edəcək.
«Bu il ABŞ-da və Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi ildir. Bu il hökumətlərimiz üçün demokratiya, fikir azadlığı və qanunun aliliyi kimi dəyərləri möhkəmləndirmək üçün yaxşı imkandır», - deyə səfir çərşənbə axşamı Bakıda “Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyası və demokratik seçkilər” mövzusunda konfransda bəyan edib.
Konfrans NATO İctimai Diplomatiya Bölməsi və Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyilə Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən təşkil olunub.
«Biz hesab edirik ki, hər bir demokratik ölkədə azad və demokratik seçkilər təkcə səsvermənin keçirilməsi və səslərin hesablanması demək deyil. Seçkilər vətəndaşlara milli prioritetləri müəyyən etmək, siyasət seçimi, siyasəti inkişaf etdirən və gerçəkləşdirən liderləri müəyyən etmək üçün imkan verilməsi deməkdir. Belə seçkiləri təmin etmək üçün siyasi liderlərə imkan yaradılmalıdır», - deyə o vurğulayıb.
E.Dersi həmçinin tənqid etmək hüququnun verilməsinin vacibliyini də vurğulayıb. «Demokratiya şəraitində hakimiyyətin və ya siyasətçilərin tənqid olunması qeyri-loyallıq və ya satqınlıq demək deyil. Bu, insanlara seçki hüququ verən demokratik prosesin mühüm tərkib hissəsidir», -deyə səfir bildirib. O, qeyri-formal qruplara və vətəndaşlara azad şəkildə mütəşəkill siyasi partiyalara birləşmə imkanının verilməsinin zəruriliyini qeyd edib.
«Alternativ siyasi liderlər və onların tərəfdarları öz baxışlarını bildirmək və dəstək almaq üçün sərbəst toplaşma hüququna malik olmalıdırlar. Seçkilərin şəffaf keçirilməsini təmin etmək üçün müstəqil KİV fəaliyyət göstərməlidir», - deyə E.Dersi vurğulayıb.
«ABŞ Azərbaycanı müstəqil, müasir, demokratik dövlət görmək, onun regionda və dünyada lider olmaq məqsədinə çatmasını istəyir. Güclü, müstəqil və demokratik Azərbaycan həm ABŞ-ın güclü dostu və tərəfdaşı, həm də Avroatlantik Birliyin güclü tərəfdaşı olacaq. Azərbaycan bu məqsədlərə çata bilər. Lakin bu, qətiyyət tələb edir. Oktyabr ayında keçiriləcək prezident seçkiləri demokratik təsisatların və paylaşdığımız dəyərlərin inkişafı baxımından yaxşı imkan yaradır», - deyə diplomat bildirib. O vurğulayıb ki, «nəticədə Azərbaycanda seçkilərin keçirilməsi və bütövlükdə burada baş verən demokratik proseslər ABŞ, digər dövlət və təşkilatlardan asılı deyil. Bütün bunlar Azərbaycan xalqından asılı olan məsələlərdir».
«Yalnız Azərbaycan vətəndaşı özünün qanuni azadlıq hüququnu tələb və ondan istifadə edə bilər. Biz və NATO demokratik dəyərləri dəstəkləməyə və qorumağa hazırıq», - deyə E.Dersi əlavə edib. O qeyd edib ki, Avroatlantik məkan, xüsusən də NATO adi ittifaqdan daha çox böyük əhəmiyyətə malikdir.
«Bu, eyni demokratik dəyərləri, şəxsiyyət azadlıqlarını, qanunun aliliyini paylaşan dövlətlərin ittifaqıdır. Bu, Azərbaycanın milli siyasətində NATO, ATƏT, AB və əlbəttə ABŞ-a münasibətilə təsdiqlədiyi dəyərlərdir. Bu dəyərlərə yiyələnmə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirəcək və onun azadlığını, sabitliyini və tərəqqisini təmin edəcək», - deyə səfir vurğulayıb.Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət