(Geniş versiya. Xarici işlər nazirinin sözləri əlavə olunub)
Azərbaycanın Qarabağla bağlı xarici siyasəti hücum xarakterli olmalıdır. Bu barədə prezident İlham Əliyev bazar ertəsi Bakıda Azərbaycanın xaricdəki diplomatik missiyalarının rəhbərlərinin üçüncü müşavirəsindəki çıxışında bəyan edib.
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini diplomatların nəzərinə çatdıran İ.Əliyev xarici siyasət kursunun uğurla həyata keçirilməsi üçün səfirlərin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.
Onun sözlərinə görə, bunun üçün diplomatlar hər şeydən əvvəl fəaliyyət göstərdikləri ölkələrin dövlət strukturları ilə sıx əlaqə yaratmalı, Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ciddi çalışmalı, ölkəmizin yalnız siyasi deyil, həmçinin iqtisadi maraqlarının qorunması üzrə səylərini artırmalıdırlar. Xarici siyasətdə ikitərəfli səfərlərin əhəmiyyətinə toxunan prezident bildirib ki, yüksək səviyyədə qarşılıqlı səfərlər Azərbaycanın dünyadakı mövqeyinin möhkəmlənməsində vacib rol oynayır.
Dövlət başçısı səfirlərin əsas vəzifələrindən biri kimi Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətin dünya ictimaiyyətinin nəzərinə çatdırılmasını müəyyənləşdirib. Bu istiqamətdə böyük uğurların əldə olunduğunu qeyd edən prezident deyib ki, Azərbaycanın ərazi bütövlüyü bütün səviyyələrdə dəstəklənir və beynəlxalq təşkilatlar problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı kimi çıxış edir. O bu mövqenin beynəlxalq hüquq, tarixi həqiqət və Azərbaycanın artan nüfuzu ilə bağlı olduğunu vurğulayıb. Prezident bir daha qeyd edib ki, Azərbaycanın Qarabağ problemi üzrə xarici siyasəti hücum xarakteri daşımalı, Ermənistanın işğalçı siyasəti isə bütün səviyyələrdə ifşa olunmalıdır.
Azərbaycanda enerji təhlükəsizliyi ilə əlaqədar həyata keçirilən qlobal enerji layihələrinin əhəmiyyətinə toxunan İ.Əliyev bəyan edib ki, ölkənin nüfuzu yalnız regionda deyil bütün dünyada daima artır.
Dövlət başçısı Azərbaycan diplomatiyası qarşısında duran digər vəzifələri də müəyyənləşdirib və müvafiq tapşırıqlar verib.
Öz növbəsində xarici işlər naziri Elmar Məmmədyarov səfirlərin ötən dövr ərzindəki fəaliyyətləri barədə ətraflı məlumat verib. O, Azərbaycanın BMT, ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, NATO və Avropa Birliyi kimi beynəlxalq təşkilatlarla çoxtərəfli əlaqələr yaratdığını xüsusi qeyd edib.
E.Məmmədyarov prezidentin 2007-ci ilin mayında imzaladığı Milli Təhlükəsizlik Konsepsiyasının təsdiqlənməsi haqqında sərəncamının əlamətdar hadisə olduğunu vurğulayıb. O, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın xarici siyasətinin möhkəmləndiyini bildirib. Azərbaycanın müvafiq beynəlxalq strukturlarla demokratiya sahəsindəki əməkdaşlığının intensiv xarakter daşıdığını deyən E. Məmmədyarov ölkənin YUNESKO ilə əlaqələrinin son illər yüksək səviyyədə inkişaf etdiyini bildirib. Nazir dövlət başçısının tapşırığına əsasən ölkədə Diplomatiya Akademiyasının fəaliyyətə başladığı barədə məlumat verib. Akademiyada xarici siyasət proqramı çərçivəsində hər il təxminən 50-dək kurs keçirilir.
E Məmmədyarov bildirib ki, hazırda Azərbaycan 160 ölkə ilə diplomatik əlaqələr yaradıb. Bununla yanaşı, respublikada 57 səfirlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri fəaliyyət göstərir. Xaricdə 56 diplomatik nümayəndəlik və konsulluğun, o cümlədən 47 səfirliyin fəaliyyət göstərdiyini deyən nazir onlardan 30-nun 2004-2008-ci illərdə yaradıldığını vurğulayıb. E.Məmmədyarov bütün bunları ölkə başçısının yürütdüyü uğurlu xarici siyasətin məntiqi nəticəsi kimi qiymətləndirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət