Azərbaycanın baş naziri Artur Rəsizadə və onun macarıstanlı həmkarı Ferents Dyurçan bazar ertəsi Bakıda statistika və kənd təsərrüfatı sahəsində sazişlər, eləcə də iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.
“Bu gün biz ikitərəfli iqtisadi əlaqələrin siyasi dialoq səviyyəsinə çatdırılmasını vacib sayırıq və hesab edirik ki, hökumətlərarası birgə komissiyanın yaradılması buna imkan verəcək”, - deyə A.Rəsizadə F.Dyurçanla görüşündə bəyan edib.
Onun sözlərinə görə, Azərbaycanda iri iqtisadi layihələr həyata keçirilir, neft sektorunun inkişafına böyük diqqət göstərilir. “Biz Macarıstanla bu sahədə əməkdaşlığın inkişafında maraqlıyıq”, - deyə baş nazir əlavə edib.
Öz növbəsində, F.Dyurçan deyib ki, son iki ildə Azərbaycan-Macarıstan əlaqələrində irəliləyiş baş verib. “Biz Azərbaycanla iqtisadi, energetika, humanitar sahələrdə əməkdaşlığa hazırıq”, - deyə o bildirib.
Macarıstanlı baş nazir “Nabucco” layihəsinin Azərbaycanın iştirakı olmadan həyata keçirilməsini qeyri-mümkün hesab edir. “Azərbaycan bu layihənin əsas iştirakçısıdır və bu boru kəmərinin öz enerji ehtiyatları ilə doldurulmasında maraqlıdır. Layihənin gerçəkləşdirilməsində Macarıstanın da rolu böyükdür və ölkənin əsas xidməti “Nabucco” səfiri institutunun yaradılmasındadır”, - deyə o vurğulayıb.
Görüşdə F.Dyurçan onu da bildirib ki, Macarıstan Azərbaycana yeyinti sənayesi məhsulları ixrac etməyə, kənd təsərrüfatı sahəsində əməkdaşlığa hazırdır. “Biz Azərbaycanda infrastrukturun (o cümlədən suyun təmizlənməsi üzrə) inkişafında iştirak etmək istəyirik”, - deyə o qeyd edib. Nazirin sözlərinə görə, Macarıstan tərəfi Azərbaycanda elektrik stansiyalarının, rabitə sistemlərinin inşası və yenidən qurulması layihələrində iştiraka hazırdır.
Qarabağ probleminə toxunan F.Dyurçan bəyan edib ki, onun ölkəsi münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində nizamlanmasını dəstəkləyir. “Xalqın öz müqəddəratını təyin etmə hüququ dövlətin ərazi bütövlüyünü qətiyyən məhdudlaşdıra bilməz”, - deyə F.Dyurçan bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət