“Bank Standard” Azərbaycanda ilk dəfə yeni Temenos T24 proqram təminatını tətbiq edib. Bu barədə bankın İdarə Heyəti sədrinin birinci müavini Cavid Quliyev bazar ertəsi mətbuat konfransında bildirib.
“Bank Standard” “Temenos” şirkəti ilə bağlanmış müqavilə əsasında iyunun 23-də Arena filialında T24 proqramını işə salıb”, - deyə o qeyd edib.
“Yeni proqram bütün bank əməliyyatlarının avtomatlaşdırılması, xidmət və əqdlərin sürətinin təkmilləşdirilməsini təmin edəcək, yeni məhsul və xidmətlərin daha tez, effektiv tətbiqi üçün əsas yaradacaq”, - deyə o əlavə edib.
Bundan başqa C.Quliyev bildirib ki, yaxın iki ay ərzində bank tam şəkildə bu proqram çərçivəsində işləyəcək.
“Hazırda filialda köhnə və yeni proqramın paralel işi gedir. Biz iyulun 20-dən köhnə proqramın fəaliyyətini dayandıracağıq”, - deyə Biznes və İnstitusional İnkişaf Departamentinin başçısı Samir Rzayev bildirib.
“Proqramın praktik tətbiqi 2 mərhələdən ibarətdir. Biz I mərhələdə Trade Finance modulunu quraşdırmağı planlaşdırırıq və 2008-ci ilin sonuna qədər bu mərhələnin başa çatması gözlənilir. 2009-cu ilin əvvəlindən II mərhələnin tətbiqinə başlayacağıq”, - deyə S.Rzayev qeyd edib.
“Temenos” şirkətinin MDB və Baltikyanı ölkələr üzrə baş direktoru Sergey Metelski bildirib ki, onlar bu proqramın tətbiqi üçün “Bank Standard”dan başqa Milli Bank, “Texnikabank”, “Agbank”la müqavilələr bağlayıblar. Həmçinin “Temenos” şirkəti 2008-ci ilin sona qədər Bakıda öz ofisini açmağı planlaşdırır.
2006-cı ildə “Bank Standard” və “Temenos” şirkəti T24 proqram təminatının təchizatı haqqında müqavilə bağlayıb.
“Temenos” Group AG 110 ölkədə 500-dən çox maliyyə institutuna inteqrasiya olunmuş modul bank sistemini təchiz edir.
“Bank Standard” 2007-ci ilin yekunları üzrə “İnterfaks-İTM”in hazırladığı “İnterfaks-1000”: MDB bankları renkinqində aktivlərinin həcminə görə MDB bankları sırasında 160-cı, Azərbaycan bankları sırasında 2-ci yeri tutub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət