2007-ci ildə Xəzər Dəniz Neft Donanmasının (XDND) xarici şirkətlərlə bağlanmış müqavilələr üzrə gəlirləri 2006-cı illə müqayisədə 14,1% azalıb və 28,7 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə XDND-dən məlumat verilib.
“2007-ci ildə XDND-nin xarici şirkətlərlə bağlanmış müqavilələr üzrə gəlirləri 28,7 mln. manat təşkil edib ki, bu da bütün gəlirlərin ümumi məbləğinin 42,2%-ni təşkil edir. Sifarişlərin əsas həcmi Xəzərin Azərbaycan sektorunda işləyən şirkətlərin - BP, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və onların podratçıları Saipem və McDermott şirkətlərinin payına düşüb. İşlər “İsrafil Hüseynov” borudüzən gəmisi, “Azərbaycan” kran gəmisi, “Tofiq İsmayılov” dalğıc gəmisi və uznmüddətli icarəyə verimiş “STB-1” barjı vasitəsilə yerinə yetirilib”, - deyə qeyd olunub.
2007-ci ildə XDND gəmilərin 21,4 mln. manat məbləğində əsaslı təmirini həyata keçirib. Bunun 11,6 mln. manatı Donanmanın öz vəsaiti olub.
XDND-nin məlumatına görə, 2008-ci il yanvarın 1-i üçün donanmanın balansında 553,4 mln. manat həcmində ümumi balans dəyərinə və 85,5 min ton yükgötürmə qabiliyyətinə malik 266 müxtəlif təyinatlı üzən vasitə, o cümlədən 256 gəmi və barj, eləcə də 7 üzən emalatxana və tərsanə var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət