XİN mətbuat katibi Xəzər İbrahim hesab edir ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın Avropada adi silahlar haqqında sazişi pozmasına dair bəyanatında yenidən qeyri-obyektiv yanaşma nümayiş etdirir.
“Bu, beynəlxalq ictimaiyyəti növbəti dəfə aldatmaq cəhdidir. Reallıqda isə vəziyyət tamamilə başqa cürdür: Avropada adi silahlar haqqında sazişin pozucusu Ermənistanın özüdür”, - deyə X. İbrahim “İnterfaks-Azərbaycan” agentliyinə bildirib. Onun sözlərinə görə, Ermənistan Avropada adi silahlar haqqında sazişlə müəyyən edilmiş milli silahlanma tavanını dəfələrlə aşır.
“Əsasən Ermənistan üçün 220 ədəd tank və digər zirehli texnika həddində milli tavan müəyyən edilib. Bizdə olan və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənən məlumata görə, Azərbaycanın işğal edilmiş ərazilərində 300 ədəddən çox tank və zirehli texnika yerləşdirilib ki, bu da sazişin kobud şəkildə pozulması deməkdir”, - deyə X. İbrahim vurğulayıb.
Onun sözlərinə görə, digər tərəfdən Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan ərazilərinə nəzarət etmir.
“Beləliklə, Ermənistanın öz zirehli texnikasını Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirməsi də Azərbaycanın ərazi tavanının pozulmasına səbəb olur. Başqa sözlə, Azərbaycanın ərazisi pozulur, lakin yenə də Ermənistanın özü tərəfindən pozulur. Göründüyü kimi, hər iki halda pozucu məhz Ermənistandır. Ona görə yaxşı olardı ki, cənab Nalbandyan bu həqiqəti də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsın”, - deyə X. İbrahim bildirib.
“Ümumilikdə götürsək, onda Azərbaycan torpaqlarının işğalı yalnız Avropada adi silahlar haqqında sazişin deyil, ümumiyyətlə bütün beynəlxalq hüququn tələblərinə ziddir”, - deyə X. İbrahim vurğulayıb.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ABŞ Konqresində, Nümayəndələr Palatasının erməni məsələləri üzrə komissiyasının həmsədri Co Nolenberq və komissiyanın üzvləri ilə keçirdiyi görüşdə Azərbaycanı silahlanmanın məhdudlaşdırılması haqqında beynəlxalq sazişləri pozmaqda ittiham edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət