Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) əməkdaşlarının peşə bayramı gününü təsis edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə prezidentin İcra Aparatından məlumat verilib.
Xüsusi Dövlət Mühafizə Xidmətinin yaradıldığı tarixi əbədiləşdirmək məqsədilə avqustun 23-də XDMX əməkdaşlarının peşə bayramı qeyd ediləcək.
Prezident öz sərəncamında bildirib ki, XDMX əməkdaşlarının peşə bayramı “Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyətinin yerinə yetirdiyi vəzifələrin əhatə dairəsini və mürəkkəbliyini, dövlətçiliyin qorunmasında rolunu, Azərbaycan dövlətinə, xalqına, prezidentinə sadiq, layiqli və qüsursuz xidmətini nəzərə alaraq” təsis olunur.
1993-cü il avqustun 23-də Azərbaycanın Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi yaradılıb. O keçmiş prezident Heydər Əliyevin sərəncamı ilə 2002-ci il mayın 6-da Xüsusi Dövlət Mühafizə Xidməti kimi fəaliyyətini davam etdirib.
XDMX dövlət strukturları və yüksək vəzifəli şəxslərin mühafizəsini həyata keçirir.
1993-cü ildə yaradıldığı gündən xidmətə general-polkovnik Vaqif Axundov rəhbərlik edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət