Maliyyə Nazirliyinin sığorta şirkətlərinin kapitalına qarşı yeni tələblər irəli sürməsi planları barədə çoxdan məlumdur. Bu gün sığortaçıların kapitalına qarşı mövcud olan tələblər bazarda cari tendensiyalardan bir qədər geri qalıb. Xüsusən ona görə ki, bazarın inkişafı sığorta şirkətlərinin kapitalının artırılmasını da tələb edib. Lakin kapitallaşmaya dair yeni proqramın tətbiqi “Sığorta fəaliyyəti haqqında” yeni qanunun qüvvəyə minməsi ilə əlaqələndirilib. Bu qanun mart ayında qüvvəyə minib və təbii ki, kapitala qarşı yeni tələblərin təsdiqlənməsi növbəti addım olub. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti şöbəsinin rəisi Namiq Xəlilov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bu addımın vacibliyi, o cümlədən kapital üzrə normativlərin sərtləşdirilməsi ilə bağlı nazirliyin məqsədləri barədə fikirlərini bölüşüb.
Maliyyə Nazirliyi iyul ayının sonunda sığorta şirkətlərinin kapitalına qarşı yeni tələbləri təsdiq edib. Kapitala qarşı yeni tələblərin tətbiqinin zəruriliyi nə ilə bağlıdır və nazirlik hansı nəticəni əldə etməyə ümid edir?
Azərbaycan iqtisadiyyatının son illərdə müşahidə etdiyimiz yüksək inkişaf templəri sığorta tədiyyələrinin, eləcə də sığorta şirkətlərinin öz üzərinə götürdüyü risklərin həcminin xeyli artmasına şərait yaradıb. 2007-ci ildə sığortaçıların cəlb etdiyi sığorta tədiyyələrinin həcmi 60% artaraq 150 mln. manat təşkil edib. Bu göstərici 2004-cü il ərzində olan göstəricidən 124% çoxdur.
Sığortaçıların ödəmə qabiliyyətini və maliyyə sabitliyini, nəticədə isə sığorta edənlərin maraqlarını daha etibarlı təmin etmək üçün sığortaçıların minimal kapitalının artırılması istiqamətində tələbləri yenidən nəzərdən keçirmək zərurəti yaranıb.
Qəbul olunmuş qərara əsasən, 2009-cu il yanvarın 1-dək sığorta şirkətlərinin minimal kapitalı 1 mln. manat, təkrar sığorta şirkətlərinin isə 2 mln. manat səviyyəsində olmalıdır.
2010-cu il yanvarın 1-dək sığorta şirkətləri ən azı 2 mln. manat, təkrar sığorta şirkətləri 4 mln. manat, 2011-ci il yanvarın 1-dək müvafiq olaraq 3,5 mln. manat və 7 mln. manat, 2012-ci il yanvarın 1-dək isə müvafiq olaraq 5 mln. manat və 10 mln. manat məbləğində kapitala malik olmalıdırlar.
Qəbul olunmuş qərara uyğun olaraq, 2008-ci il aqustun 1-dən sonra təsis ediləcək sığorta şirkətləri ən azı 5 mln. manat, təkrar sığorta şirkətləri isə ən azı 10 mln. manat səviyyəsində kapitala malik olmalıdır.
Hazırda sığorta şirkətlərinin kapitallaşması ilə bağlı vəziyyət necədir və neçə şirkətin cari kapitalı yeni tələblərə cavab vermir?
Sığortaçıların minimal kapitalına qarşı tələblərin yenidən nəzərdən keçirilməsi ilə yanaşı, Maliyyə Nazirliyi sığortaçıların məcmu kapitalının rezervləşdirilməsi, investisiyalaşdırılması, eləcə də hesablanması məsələlərini tənzimləyən yeni qaydalar işləyib. Bu qaydalar əvvəlkilərdən xeyli fərqlənir və buna görə də biz sığortaçıların kapitalının tələblərə uyğunluğunu yalnız III rübün yekunlarına dair hesabatları aldıqdan sonra qiymətləndirə bilərik.
Tələblərə görə, yeni sığorta şirkəti yaradılarkən onun kapitalı 5 mln. manatdan az olmamalıdır. Bu, bazarda fəaliyyət göstərmək istəyən sığorta şirkətlərinin sayının azalmasına səbəb olmayacaqmı?
Bəli, yeni sığorta şirkəti yaradılarkən onun kapitalı 5 mln. manatdan az olmamalıdır. Lakin fəaliyyət göstərən şirkətlər üçün minimal kapitala qarşı tələbatın artırılması prosesi mərhələli şəkildə tədricən aparılacaq. Fikrimcə, sığortaçıların əksəriyyəti bu tələblərə cavab verə biləcəklər. Bundan əlavə əminəm ki, yeni şirkətlər, əsasən də həyat sığortası üzrə şirkətlər yaradılacaq. Odur ki, sığorta şirkətlərinin sayı azalsa da bu azalma cüzi olacaq.
2008-ci ildən sığorta şirkətləri həyat sığortası üzrə əməliyyatları sığortanın digər növlərindən ayırmalı olacaqlar. Bununla əlaqədar olaraq, həyat sığortası üzrə şirkətlərə qarşı kapital üzrə xüsusi tələblər irəli sürüləcəkmi?
Həyat sığortası sahəsində və ümumi sığorta üzrə fəaliyyət göstərən sığortaçıların kapitalına qarşı tələblər eynidir. Əgər şirkət keçid dövründə hər iki sahə üzrə fəaliyyət göstərirsə, onda tələb olunan kapitala hər sahə üzrə ayrılıqda malik olmalıdır.
Bundan əlavə, bu ildən sığorta şirkətinin kapitalında xarici kapitala qarşı məhdudiyyətlər aradan qaldırılıb. Maliyyə Nazirliyi bunun əvəzində hansı məhdudiyyətləri tətbiq edəcək?
Tamamilə düzdür, sığorta şirkətinin kapitalında xarici kapitalın iştirakına qarşı tələblər ləğv olunub. Eyni zamanda, bütün sığorta şirkətlərinin məcmu nizamnamə kapitalında xaricilərin maksimal payına qarşı tələblər tətbiq olunur. Bu tədbir daha liberaldır və xaricilərə bir sığortaçının səhmlərinin 100 faizinə qədər sahib olmaq imkanı verir.
Sığorta şirkətlərinin kapitalına qarşı yeni tələblərin fəaliyyət göstərən sığortaçıların birləşməsinə səbəb ola biləcəyi nə qədər realdır?
Məntiqlə düşünsək, birləşmə kapitallaşma ilə bağlı problemin həlli üçün yaxşı yol olardı. Təcrübədə nə olacağını isə vaxt göstərəcək.
Kapitala qarşı yeni tələblər sığorta şirkətlərinin xaricdə təkrar sığortaya yönəldilən vəsait axınını azaltmaq imkanlarına necə təsir edəcək?
- Son illlərin təcrübəsi göstərir ki, sığortaçıların kapitallaşmasının artırılması ilə sığortaçıların özlərindən tutulan məbləğ, həmçinin daxili təkrar sığortanın həcmi artır. Eyni zamanda, unutmamalıyıq ki, xaricdə etibarlı təkrar sığorta tutumlarına malik olmaq bizim sığorta bazarımıza əlavə etibarlılıq və sabitlik gətirir. Ölkədə həddindən çox risklərin yığılması bütün region üçün ağır nəticələnə bilər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət