Xarici işlər naziri Elmar Məmmədyarov dünən Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici həmkarları ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə XİN-in mətbuat xidməti məlumat verir.
E.Məmmədyarov Xorvatiyanın XİN başçısı Qordan Yandrokoviçlə görüşdə ikitərəfli, beynəlxalq və regional məsələləri müzakirə edib. Regional münaqişələr mövzusuna toxunan azərbaycanlı nazir onların dondurulmadığını və regional təhlükəsizliyə əsas hədə olduğunu qeyd edib. O vurğulayıb ki, Qarabağ münaqişəsinin nizamlanması yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Q.Yandrokoviç isə ölkəsinin Bakının bu mövqeyini dəstəklədiyini bir daha bəyan edib. O, Azərbaycanla ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
E.Məmmədyarov həmçinin Lüksemburqun xarici işlər naziri Jan Asselbornla da görüşüb. Görüşdə enerji və Avropa məsələləri müzakirə olunub, o cümlədən regionda təhlükəsizliyin bərqərar olması üçün Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, Qafqazda Təhlükəsizlik və İnkişaf Platformasının yaradılması ilə bağlı Türkiyənin təklifi maraqlı və müsbət təşəbbüsdür.
Həmin gün E.Məmmədyarov Gürcüstan XİN başçısı Yekaterina Tkeşelaşvili ilə də görüşüb. Görüşdə azərbaycanlı nazir bəyan edib ki, bütün region dövlətləri regionda təhlükəsizlik və sabitliyin bərqərar olmasında maraqlıdır. Bundan başqa regional münaqişələrin həllinin vacibliyi vurğulanıb. E.Məmmədyarov hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli Cənubi Qafqazda müsbət atmosferin yaranmasına böyük töhfə verəcək.
Tərəflər iki ölkə arasında enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi üzrə əməkdaşlığın vəziyyətini müzakirə ediblər.
Bundan başqa E.Məmmədyarov Ukraynanın xarici işlər naziri Vladimir Oqrızko ilə də danışıqlar aparıb. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər, eləcə də GUAM çərçivəsində qarşılıqlı fəaliyyət və enerji məsələləri müzakirə olunub. Tərəflər BMT Baş Assambleyasının indiki sessiyasında müzakirə olunacaq məsələlər və qəbul edilməsi nəzərdə tutulan sənədlər ətrafında fikir mübadiləsi aparıblar.
XİN başçısı Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşdə ikitərəfli, beynəlxalq və regional məsələləri müzakirə edib. Azərbaycana bu yaxınlarda baş tutmuş səfərlərini xatırladan Komitə nümayəndələri xoş təəssüratlarla qayıtdıqlarını bildiriblər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət