2008-ci il iyulun 1-nə olan məlumata görə, Azərbaycanın dövlət büdcəsinə vergi borcları 3 mlrd. 486,2 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 27,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
“2008-ci ilin yanvarın 1-də 12,875 min vergiödəyicisinin borcu olub. Borcların məbləği 2 mlrd. 736,2 mln. manat təşkil edib. 2008-ci ilin yanvar-iyun aylarında 48,279 min vergiödəyicisinin 2 mlrd. 464,2 mln. manat məbləğində vergi borcu olub”,-deyə Vergilər Nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, nazirliyin həyata keçirdiyi tədbirlər nəticəsində 48,871 min borclu
1 mlrd. 714,2 mln. manat məbləğində borcu və ya hesabat dövründə toplanmış borcların 69,6%-ni ödəyib.
Ümumilikdə, bu ilin 1-ci yarısında Vergilər Nazirliyi borclulara vergi borclarının ödənilməsinin vacibliyi barədə 97,401 min bildiriş göndərib.
Mənbə əlavə edib ki, yanvar-iyun aylarında 17,873 min borclunun 22,474 ədəd əmlakının siyahıya alınması haqda qərar qəbul edilib. Həmin borcluların vergi borclarının həcmi 634,9 mln. manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət