Regionlara səfər edən prezident İlham Əliyev cümə günü Saatlı rayonundan Sabirabad rayonuna gedib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə prezidentin İcra Aparatından məlumet verilib.
Burada o, inşasına 2007-ci ildə başlanılan Heydər Əliyev adına muzey kompleksi açıb. Kompleks Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. Muzeydə kitabxana və xüsusi kompüter otağı var.
Dövlət başçısı “Qafqaz” holdinqinə məxsus “Qafqaz Alkapon” MMC-yə baş çəkib. Burada istehsalat prosesi ilə tanış olub. Müəssisədə müxtəlif növ alüminium kompozit məhsullar istehsal edilir. Müəssisədə gün ərzində 4400 kv.metr məhsul istehsal olunur. Gələcəkdə bu şirkət öz məhsullarını xaricə ixrac etməyi planlaşdırır. Hələlik burada 53 nəfər çalışır. Lakin işçilərin sayı 120-yə çatdırılacaq
Sonra prezident “Qafqaz” holdinqinə məxsus “Qafqaz MTC” MMC-yə də baş çəkib. 8 hektar sahəni əhatə edən zavodda ildə agırlıq gücü 400 kq.-dan 5 tonadək olan müxtəlif təyinatlı 5 min lift buraxılacaq. Zavodun məhsulları ilə tanış olan dövlət başçısı deyib ki, bu məhsul təkcə Azərbaycanın daxili tələbatını ödəməyəcək, həm də qonşu ölkələrə ixrac ediləcək. Hazırda burada 165 nəfər çalışır. Lakin zavod işləyən anda burada tam gücü ilə 3200 nəfər çalışacaq. “Qafqaz” holdinqinə daxil olan müəssisələrin işçilərinin əmək haqları 250-500 manat təşkil edir.
Daha sonra prezident Gənclər Evinin açılışında iştirak edib. Bu tədris mərkəzi gənclərin müasir peşələrə yiyələnməsində böyük önəm kəsb edir. Binanın birinci mərtəbəsində elektron kitabxana yerləşir. Burada həmçinin geniş konfrans zalı, marketinq və menecment kursları, bank işi və digər ixtisaslar üzrə məşğələlər üçün auditoriyalar var. İkinci mətrəbədə gənclərə xarici dillər keçiləcək. Onlar eyni vaxtda bir neçə dil öyrənmək imkanına malik olacaqlar. Burada həmçinin bir sıra peşələrdə və idman növlərində ilkin vərdişlərin əldə olunmasına xidmət edən dərnəklər də fəaliyyət göstərir. Şahmat və dama dərnəkləri, stilist və memarlıq dizaynerləri kursları gün ərzində gənclərin ixtiyarında olacaq. Dövlət başçısı həmçinin İnternet klubun fəaliyyəti ilə də tanış olub.
Həmin gün İ.Əliyev Sabirabad Olimpiya idman kompleksinin açılışında da iştirak edib. Bu, inşası nəzərdə tutulan 33 Olimpiya kompleksindən istismara verilən 16-cı kompleksdir.
Cari ilin sonunadək regionlarda daha 4 iri Olimpiya idman kompleksinin istismara verilməsi planlaşdırılır. Kompleks 600 yerlik əsas korpus, 3 dörd yerlkl ikimərtəbəli kottec, 26 nəfərlik ikimərtəbəli mehmanxana, bir hovuz, futbol, voleybol meydançası və qaçış zolağından ibarətdir. Zallarda olan avadanlıqlar xaricdən gətirilib.
Dövlət başçısı Sabirabada səfəri çərçivəsində Bulaqlı kəndində açılmış “Aqroservis” müəssisəsində də olub. O, inzibati binaya, texnika və təmir sexlərinin yerləşdiyi parka baxış keçirib. Müəssisənin kənd təsərrüfatı fəaliyyəti göstərməsi üçün 158 adda texnika alınıb. Bu maşınlar faydalı şərtlərlə fermerlərə veriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət