Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən poçt şöbələri 2009-cu ildən əhaliyə maliyyə-bank xidmətləri göstərməyə başlayacaq. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt şöbə müdiri Novruz Məmmədov jurnalistlərə cümə axşamı məlumat verib.
"Hazırda “Azərpoçt” dövlət müəssisəsində avtomatlaşdırılmış korporativ informasiya sistemi quraşdırılır. Onun ilkin modulu cari ilin noyabrında istismara veriləcək və sınaqdan keçirilməsinə başlanacaq. 2009-cu ildə etibarən Bakı, Sumqayıt və Abşeron rayonunun poçt şöbələri ilk dəfə olaraq əhaliyə maliyyə-bank xidmətləri göstərməyə başlayacaq", - deyə N.Məmmədov bildirib. Onun sözlərinə görə, poçt şöbələri kreditlərin verilməsi istisna olmaqla bütün növ maliyyə-bank xidmətləri göstərəcək. Gələcəkdə Azərbaycan üzrə 1,2 min poçt şöbəsi bu cür xidmətlər göstərəcək. N.Məmmədov əlavə edib ki, son 5 ildə Azərbaycanda yerli poçt sisteminin işini yaxşılaşdırmaq məqsədilə 400-dən çox poçt şöbəsi açılıb.
Xəbər verildiyi kimi, avtomatlaşdırılmış korporativ informasiya sisteminin quraşdırılması üzrə tenderin qalibi Colvir və Sinam şirkətlərinin yaratdığı birgə müəssisə olub. Bütün sistemin quraşdırılması və sınaqdan keçirilməsinin 2008-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır. AKİS-in mövcudluğu 1500-dən çox poçt şöbəsini mərkəzi serverə qoşmağa, əhaliyə göstərilən ənənəvi poçt xidmətlərini avtomatlaşdırmağa və maliyyə-bank xidmətləri göstərməyə imkan verəcək. Həmçinin AKİS-in imkanları 4 min poçt filialı və şöbəsini əhatə etmək şərait yaradacaq ki, bunun da 1 mini eyni vaxtda əməliyyatlar apara bilər.
Poçt şöbələri və filiallarının avtomatlaşdırılması Dünya Bankının “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir. Layihə 3 komponentdən ibarətdir və onlardan biri “Azərpoçt” tərəfindən həyata keçirilir. Layihənin ümumi dəyəri $17,5 mln. təşkil edir. DB-nin krediti $12,25 mln., Azərbaycan hökumətinin payı $5,25 mln. məbləğindədir. Kredit 10 il güzəştli dövr olmaqla 40 il müddətinə və illik 0,75%-lə verilib.
Layihə 2005-2008-ci illər üçün nəzərdə tutulub. Onun həyata keçirilməsi 2009-cu ilə qədər poçt xidməti sahəsində 1 minə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət