Azərbaycan qarşıdakı illərdə əsas diqqətini hidroenergetikanın inkişafına yönəldəcək. Bu barədə prezident İlham Əliyev çərşənbə günü Səngəçal modul elektrik stansiyasının açılışında bildirib.
“Ölkənin elektrik enerjisinə olan tələbatını, hətta ixracın olduğunu nəzərə alsaq, qarşıdakı illərdə biz hidroenergetikaya diqqət yetirməliyik. Artıq müvafiq göstərişlər verilib və bu sahə üzrə proqram hazırlanıb”,-deyə İ.Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, ölkənin hidropotensialından tam istifadə olunmalı, mümkün olduqca bütün regionlarda su-elektrik stansiyaları tikilməlidir. Bundan əlavə, dövlət başçısının sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda üç elektrik stansiyası istismara veriləcək.
“Sumqayıtda 500 MVt gücündə istilik-elektrik stansiyası inşa edilir. Biz gələn ilin əvvəlində onu istismara verəcəyik. Şirvanda 800 MVt gücündə iri elektrik stansiyası, Qubada isə modul elektrik stansiyası tikilir. Bu üç elektrik stansiyasının ümumi gücü 1500 MVt təşkil edəcək”,-deyə prezident bildirib.
Dövlət başçısı qeyd edib ki, yeni elektrik stansiyalarının inşasının vacibliyi sürətli iqtisadi artım, yeni istehsalatların buraxılması ilə əlaqədardır ki, bu da elektrik enerjisinə olan tələbatı artırıb. O deyib ki, Səngəçal stansiyası son dörd ildə tikilən altıncı və ən güclü modul İES-dir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət