Dünya Bankı (DB) Azərbaycan hökumətinə biznes-mühitin yaxşılaşdırılması prosesini davam etdirməyi məsləhət görür. Вu, respublikaya böhrandan sonrakı dövrə hazır olmaq imkanı verəcək. Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Şigeo Katsu Bakıda mətbuat konfransında bəyan edib.
"Azərbaycan dünya maliyyə böhranı şəraitində digər dövlətlərlə müqayisədə daha əlverişli vəziyyətdədir. Lakin böhran, xüsusilə, qeyri-neft sektorunun inkişafı üçün yeni şərait yaradır. Bu, yeni iş yerləri açmaq imkanı verəcək. Bunun üçün biznes-mühitin yaxşılaşdırılması davam etdirilməlidir”,- deyə Ş. Katsu bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti biznes-mühitin yaxşılaşdırılması çərçivəsində rəqabət mühitinin təşviqi, nizamlama normalarının təkmilləşdirilməsi, dövlət xərclərinin idarə edilməsi sisteminin yaxşılaşdırılması və bu xərclərin səmərəliliyinin artırılması üzrə tədbirlər keçirməli, struktur islahatları davam etdirməlidir.
Ş. Katsu bildirib ki, bu tədbirlərin həyata keçirilməsi Azərbaycana “böhrandan sonrakı dövrə hazır olmaq” imkanı verəcək.
DB-nin Cənubi Qafqaz ölkələri üzrə keçmiş regional direktoru Donna Dousett-Koirolo mətbuat konfransında bəyan edib ki, Azərbaycan bankları dünya maliyyə və iqtisadi böhranına kifayət qədər hazır olmayıblar. Bununla yanaşı, o qeyd edib ki, Azərbaycan banklarının aktivlər portfeli “kifayət qədər sağlam, kreditləşmə və depozitlərin xarici valyutada qəbulu da digər ölkələrlə müqayisədə cəlbedicidir”.
"Banklar likvidliklə bağlı problemləri yalnız xarici kredit öhdəlikləri üzrə təkrar maliyyələşmə məsələləri ilə bağlı deyil, həmçinin iqtisadiyyatın real sektorunun kreditləşməsi üçün həll etməlidirlər. Azərbaycan hökuməti hazırda bu istiqamətdə müəyyən müzakirələr aparır, o cümlədən Dövlət Neft Fondunun vəsaitlərindən kommersiya banklarının kreditləşməsi üçün istifadənin mümkünlüyünü öyrənir”,- deyə o qeyd edib.
D.Dousett-Koirolo hesab edir ki, Azərbaycanda inflyasiya templəri bir qədər azalır və müəyyən şərtlər daxilində 2009-cu ildə inflyasiyanın səviyyəsi birrəqəmli ola bilər.
Bununla belə o, hazırki böhran şəraitində proqnozlaşdırma çox çətin olduğu üçün cari ilin makroiqtisadi göstəriciləri üzrə proqnozlar verməyib. "Azərbaycan 2008-ci ildə yüksək ÜDM səviyyəsinə malik olub. Lakin o, proqnozlaşdırılan ilkin səviyyədən aşağı olub. Sevindiricidir ki, ötən ildə qeyri-neft sektorunda artım müşahidə olunub. Belə ki, Azərbaycanın iqtisadi gələcəyi bu sektorun inkişafından asılıdır”,- deyə o əlavə edib.
2009-cu il yanvarın 15-dən Əsəd Ələm D. Dousett-Koirolu Cənubi Qafqaz ölkələri üzrə regional direktor vəzifəsində əvəz edib. Bununla əlaqədar olaraq, DB-–nin vitse-prezidenti Şigeo Katsunun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 30-dan fevralın 3-dək Bakıdadır. O, Ə. Ələmi Azərbaycan hökumətinin üzvlərinə təqdim edib. D. Dousett-Koirolo üçün bu, yekun səfərdir.
Xəbər verildiyi kimi, 2008-ci ildə Azərbaycanda ÜDM-nin artımı 10,8%, o cümlədən qeyri-neft sektrounda 15,7% təşkil edib. Ötən il inflasiyanın səviyyəsi 20,8% olub.Azərbaycan hökumətinin proqnozlarına görə, 2009-cü ildə ÜDM-nin artımı 18%, inflaysiyanın 12-14% səviyyəsində olacaq.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür.Bankla əməkdaşlıq dövründə respublikaya 45 layihənin reallaşması üçün $2 mlrd. 323,7 mln. məbləğində kredit verilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət