Azərbaycan tərəfinin ABŞ-ın korrupsiya ilə mübarizə sahəsindəki təcrübəsini öyrənməyə ehtiyacı var. Bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bəyan edib.
“Bizim ABŞ-ın korrupsiya ilə mübarizə sahəsindəki təcrübəsini öyrənməyə böyük ehtiyacımız var”,- deyə Z. Əsgərov Milli Məclisdə “Qanunvericilik prosesində effektivliyin və şəffaflığın artırılması” mövzusunda keçirilən konfransda bildirib.
Z.Əsgərov xatırladıb ki, Azərbaycanda korrupsiya ilə mübarizə üzrə kompleks tədbirlər həyata keçirilir. Belə ki, 2004-cü ildə korrupsiya ilə mübarizə haqqında qanun qəbul edilib, ölkə korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında beynəlxalq konvensiyaya qoşulub, korrupsiyaya qarşı mülki məsuliyyət mövcuddur. “Fikrimizcə, bizim birgə fəaliyyətimiz nə qədər şəffaf olsa, korrupsiya ilə mübarizə bir o qədər effektiv olacaq”,- deyə Z. Əsgərov vurğulayıb.
Öz növbəsində, konfransda çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi konfrans iştirakçılarının korrupsiyaya ilə mübarizə sahəsindəki cəhdlərini alqışlayıb və onların qanunun aliliyinin müdafiəsindəki xidmətlərini qeyd edib. “ABŞ sizin təşəbbüslərinizə, səylərinizə güclü dəstək vermək niyyətini bir daha təsdiqləyir”,- deyə E. Dersi bəyan edib. “Mən bir daha sizi əmin edirəm ki, biz şəffaf, məsuliyyətli və vətəndaşların iştirakını nəzərə alaraq fəaliyyət göstərə bilən, həmçinin insanların tam etimadını qazana bilən hökumətin formalaşmasına güclü dəstək vermək niyyətindəyik”,- deyə diplomat bildirib.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət