İsveçrənin “Taurus Petroleum Limited” şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi çərçivəsində hasil edilən “Azeri Light” mənfəət neftinin 2009-cu ildə onuncu tender partiyasını alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Bu partiyanın həcmi 600 min barel təşkil edir. Onun 2009-cu il martın 6-7-də Supsa terminalından yola salınması planlaşdırılır.
Azərbaycanın “Azeri Light” markalı mənfəət neftinin 2009-cu ildə yeddi tender partiyasını Yeni Zellandiyanın “Sumato Energy Group” şirkəti, hərəsinə bir partiya olmaqla Britaniyanın “Glencore Energy UK Ltd” və İsveçrənin “Taurus Petroleum Limited” şirkətləri alıblar.
2008-ci ildə SOCAR tender əsasında mənfəət neftinin 16 partiyasını satıb.
Hazırda SOCAR özünün “Azeri Light” mənfəət nefti partiyalarının Ceyhan terminalından satışını həm tender əsasında, həm də İtaliya, İsrail, Hindistan, Tailand, ABŞ və digər ölkələrə birbaşa satış haqqında müqavilələr üzrə həyata keçirir.
SOCAR nefti Ceyhan terminalından 2007-ci il mayın 2-də neft şirkəti ilə bağlanmış saziş əsasında Palmali şirkətinin gəmiləri vasitəsilə birbaşa nəql olunur. Neftin satışı əsasən birbaşa müqavilələr əsasında həyata keçirilir.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə müqavilə çərçivəsində hasil olunur və həmin müqavilədə SOCAR-ın payı 10% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında onların müqavilədəki iştirak payından asılı olaraq bölüşdürülür.
Hazırda SOCAR-la yanaşı “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları - Britaniyanın BP (34,1367%-operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7%), Yaponiyanın “Inpex Corp.”(10%) və “ITOCHU Oil” (3,9205%), Norveçin “Statoil” (8,5633%), Türkiyənin “TPAO” (6,75%) şirkətləridir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət