ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Qarabağ münaqişəsinə dair danışıqlarda irəliləyişin olduğunu qeyd edir. “Biz, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Madrid prinsiplərinə əsaslanan təklifləri təqdim etmişik. Güman edirəm ki, biz Azərbaycanla Ermənistan arasında münasibətlərdə bəzi irəliləyişə nail olmuşuq. Bu səfər zamanı mən Bakı və İrəvanda tərpənişin olduğunu hiss etdim”,-deyə M.Brayza ANS telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, ümumi dil və qarşılıqlı etimadla yanaşı, iki ölkə prezidenti arasında qarşılıqlı hörmət də var. Amerikalı həmsədrin fikrincə, vasitəçilər bunu inkişaf etdirməli və təmas nöqtəsini öyrənməklə danışıqların uğurlu davamına nail olmalıdırlar. “Məncə, yanvarın 28-də Sürixdə onlar (prezidentlər-İF-Az) çox uğurlu danışıqlar aparıblar. Heç bir uçurum olmayıb, onlar inam səviyyəsini möhkəmləndiriblər. Ümidvaram ki, mayın əvvəlində bu, daha da güclənəcək. Biz həmsədr kimi onları qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinə hazırlamalıyıq. Hiss edirəm ki, bu, mümkündür. Onlar bir-birinə etibar edirlər və mən bir həmsədr kimi bunu daha da dərinləşdirə bilərəm. Onlar bir-birinə hörmət edirlər. Bu isə həll yolunun nə dərəcədə yaxın olduğunu göstərir”,-deyə M.Brayza vurğulayıb. O həmçinin qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanması prosesinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə paralel irəliləməsi rəsmi Vaşinqton üçün vacibdir. Bakıya Ermənistandan gələn diplomat Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşüb. Görüş zamanı danışıqlar prosesi, eləcə də Azərbayan və Ermənistan prezidentlərinin 2009-cu il mayın 7-də Praqada keçirilməsi planlaşdırılan görüşünə hazırlıq müzakirə edilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət