Antiterror koalisiyasının ən fəal üzvlərindən biri kimi tanınan Azərbaycanın milli təhlükəsizlik orqanları son beş il ərzində böyük uğurlar əldə edib. Bu barədə milli təhlükəsizlik naziri Eldar Mahmudov bildirib.
“Keçirilmiş tədbirlər nəticəsində “Əl-Qaidə”, “Əl-Cihad” kimi beynəlxalq terrorçu qurumlarla əlaqələrə malik, həmçinin əməllərində dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə, ümumən dövlətin əsaslarının sarsıdılmasına yönələn cinayətlərin tərkibi olan əməllər törətmiş, 9 təhlükəli terrorçu və dini radikal-ekstremist silahlı dəstə zərərsizləşdirilib”,-deyə E.Mahmudov bazar ertəsi rəsmi KİV-də dərc olunan müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, həmin qruplaşmaların tərkibinə daxil olan 140 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 4 nəfər isə təhlükəsizlik orqanlarına silahlı müqavimət göstərərkən məhv edilib.
“Son zamanlar xarici ölkə vətəndaşlarının bilavasitə iştirakı ilə ölkəmizdə terror aktları planlaşdıran və xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmaqla Azərbaycanda təxribat aksiyaları hazırlayan silahlı birləşmələr, digər dövlətlərdə hərbi təlimlər keçən terrorçu qruplar, həmçinin onların beynəlxalq maliyyə qaynaqlarının emissarları və digər cinayətkar ünsürlər ifşa olunaraq zərərsizləşdirilib”,-deyə E.Mahmudov bildirib. O qeyd edib ki, həmin şəxslərdən külli miqdarda silah və hərbi sursat götürülüb. Bu qruplar ölkədə ictimai-siyasi sabitliyin pozulmasını, dünyəvi və demokratik quruluşa qarşı silahlı müqavimət təşkil etməyi planlaşdıraraq beynəlxalq terrorçu şəbəkələrlə əlaqəli fəaliyyət göstəriblər.
E.Mahmudov bildirib ki, milli təhlükəsizlik orqanlarının kəşfiyyat-pozuculuq və terror-təxribat əməllərinə qarşı əks-kəşfiyyat və kəşfiyyat fəaliyyət istiqaməti üzrə önəmli uğurlar əldə edilib. “Son beş ilə yaxın müddətdə 60 nəfərdən çox şəxs dövlətə xəyanət və casusluq etdiklərinə, 10 nəfər dövlətə xəyanət etmiş şəxslərlə bu və ya digər formada əlaqəli olduqlarına, 50-dən artıq şəxs isə qanunsuz hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb edilib”.
MTN başçısı əlavə edib ki, son beş ildə nazirliyin əməkdaşları tərəfindən ölkə ərazisindən tranzit daşınması planlaşdırılan 2 tondan artıq agır tərkibli müxtəlif növ narkotiklər (heroin, həşiş, tiryək və s.) aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Həmin illər ərzində bu faktlar üzrə 70 cinayət işi başlayıb, ümumiliikdə 240 adam, o cümlədən 25 xarici vətəndaş məsuliyyətə cəlb edilib.
Nazirin sözlərinə görə, enerji layihələrinin təhlükəsizliyinə qarşı yönəlmiş təxribatların vaxtında aşkarlanaraq qarşısının alınması, mümkün risklərin müəyyən edilməsi, əməliyyat şəraitinin proqnozlaşdırılması və digər tədbirlərin görülməsi MTN tərəfindən aparılan kompleks işlərin tərkib hissəsidir.
“Nəqliyyat sistemində təhlükəsizliyin təmin olunması da milli təhlükəsizlik orqanlarının fəaliyyət dairəsinin ayrılmaz hissəsidir. Ölkəmizin müharibə şəraitində olması, xüsusən, Ermənistanın xüsusi xidmət orqanları tərəfindən Azərbaycanın nəqliyyat infrastrukturunda vaxtilə törədilən terrorçuluq cinayətləri və bu cəhdlərin səngimədiyi barədə daxil olan məlumatlar milli təhlükəzilik orqanlarını daim ayıq-sayıq olmağa, zəruri tədbirlərin görülməsinə səfərbər edir”,-deyə E.Mahmudov vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət