“Azərsığorta” dövlət kommersiya sığorta şirkətinin xalis mənfəəti 2008-ci ildə 1,084 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Şirkətin auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatına görə, 2008-ci il ərzində şirkətin gəlirləri 34 mln. 593,378 min manat təşkil edib. Eyni zamanda sığorta tədiyələri 21 mln. 810,7 min manat, vəsaitlərin təkrar sığortaya verilməsindən əldə olunan komisyon haqlar 1 mln. 981,7 min manat, investisiya gəlirləri 349,6 min manat olub. Bundan başqa ötən il şirkətin xalis sığorta ehtiyatları 1 mln. 723,4 min manat, təkrar sığortaçıların sığorta ödənişlərində payı 8 mln. 636,4 min manat təşkil edib.Hesabat ilində yerdə qalan gəlirlər digər maddələrdən əldə olunub.
2008-ci il ərzində şirkətin xərcləri 32 mln. 735,7 min manat təşkil edib. Eyni zamanda sığorta ödənişlərinin həcmi 12 mln. 930,7 min manat, təkrar sığortaya verilən risqlər 15 mln. 846,4 min, sığorta işinin aparılması üzrə 3 mln. 556,2 min, yerdə qalan xərcləri digər maddələr təşkil edib.
2008-ci ilin yekunları üzrə şirkətin vergidən əvvəlki mənfəəti 1 mln. 857,678 min manat, xalis mənfəəti 1 mln. 84,86 min manat təşkil edib.
2008-ci ildə şirkətin aktivləri 2,1 dəfə- 16 mln. 589,5 min manat, öhdəlikləri 2,7 dəfə –12 mln. 788,4 min manat, öz kapitalı 25,5% - 3,801 mln. manatadək artıb.
Bundan başqa, 2008-ci ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 8,4% – 4 mln. 537,174 min manatadək azalıb.
“Azərsığorta” 1991-ci ildə yaradılıb və onun nizamnamə kapitalı 3,6 mln. təşkil edir. Şirkət respublikada ən geniş (79) sığorta agentlikləri şəbəkəsinə malikdir. “Azərsığorta” ölkədə əldə etdiyi tədiyələrin həcminə görə aparıcı sığorta şirkətləri üçlüyünə daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank yeni Visa Infinite kartını təqdim edir!
AccessBank “OK” kartı ilə alış-veriş et, 25 AZN keşbek qazan
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət