Naxçıvan MR ərazisində xidmət edən hərbi qulluqçuların, zabitlərin və onların ailələrinin məişət problemləri qısa müddətdə tamamilə həll olunacaq. Bu barədə NMR Ali Məclisinin sədri Vasif Talıbov Sədərək rayonunun Heydərabad qəsəbəsində hərbi qulluqçuların ailələri üçün 10 mənzilli 5 yaşayış evinin istismara verilməsi mərasimində bəyan edib.
O vurğulayıb ki, ölkədə ordu quruculuğu günbəgün daha da inkişaf edir, silahlı qüvvələr möhkəmlənir və regionda güclü orduya çevrilir.
"Blokada şəraitində olan və ərazisinin böyük hissəsi düşmənlə, təcavüzkar ölkə ilə sərhəddə yerləşən Naxçıvanda ordu quruculuğuna diqqət regionun etibarlı qorunmasına, onun müdafiə qabiliyyətinin artırılmasına xidmət edir",- deyə sədr bildirib.
V.Talıbov qeyd edib ki, düşmənlə üzbəüz duran Sədərək rayonunda artıq hərbçilər, zabitlər və onların ailələri üçün lazımi şərait yaradılıb. «Hərbçilər üçün yaradılmış şərait sayəsində zabitlər nizamnamə qaydalarına riayət etmələrinə ciddi nəzarət etmək imkanına malikdirlər. Eyni zamanda yeni mənzillərin istismara verilməsi ilə zabitlər və praporşiklər xidmət etdikləri ərazidə ailələri ilə birgə yaşayacaqlar. Bu, onlara xidmıti vəzifələrini layiqincə yerinə yetirməyə imkan verəcək»,- deyə o vurğulayıb.
«Ordu torpaqlarımızın müdafiəsində fəal iştirak edir, Silahlı Qüvvələr özlərinin xidməti borcunu yerinə yetirməklə işğal olunmuş torpaqları azad etmək üçün ali baş komandanın əmrini hər an icra etməyə hazır olduğunu nümayiş etdirir»,- deyə NMR rəhbəri bildirib.
O deyib ki, son illərdə muxtar respublikada zabitlər və prapoşiklər üçün hərbi yaşayış-məişət kompleksləri, yeni yaşayış evləri, eləcə də onların ailələri üçün mənzillər tikilib. V.Talıbovun sözlərinə görə, MR-in paytaxtında, rayon mərkəzlərində yerləşən hərbi hissələrlə yanaşı, onlar üçün ən ucqar bölgələrdə də lazımi şərait yaradılacaq.
«Bundan başqa ordunun müasir silahlarla təmin edilməsi davam etdiriləcək. Naxçıvan MR ərazisində xidmət edən hərbçilərin, zabitlərin və onların ailələrinin məişət problemləri qısa müddətdə tam həll olunacaq»,- deyə Ali Məclisin sədri qeyd edib.
İkimərtəbəli müasir yaşayış evlərində hər birinin sahəsi 90 kvadrat metr olan iki mənzil var. Burada zabitlərin və praporşiklərin ailələri üçün lazımi şərait yaradılıb, mənzillər yeni mebel, isti və soyuq su, eləcə də istilik sistemi ilə təchiz olunub. Abadlaşdırılmış həyətlərdə kiçik bağçalar salınıb, uşaqlar üçün oyun meydançaları qurulub, istirahət guşəsi yaradılıb, 1 km məsafədən içməli su kəməri çəkilib.
Həmin gün V.Talıbov süni örtüklü mini-futbol və voleybol meydançalarının açılışında da iştirak edib.
O, həmçinin hərbi hissələrə çəkilmiş yeni yollara, Ermənistanla sərhəddə yerləşən postlara və sahələrə baxış keçirib, eləcə də Heydərabad qəsəbəsi ilə Sədərək kəndi arasında çəkilmiş 2,5 km uzunluğunda yeni yolla tanış olub.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar»ın əsas tərəfdaşlığı ilə «Balloon Festival» keçirildi
Bakcell-in dəstəyi ilə «Google AI Hackathon» baş tutub
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət