Dağliq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Mİnsk Qrupunun həmsədrləri münaqişənin həlli məsələsinə nikbin ruhda kökləniblər.
"Münaqişənin nizamlanmasında yeni niyyətlər və imkanlar var. Bu yaxınlarda ABŞ dövlət katibi Hillari Klinton bəyan edib ki, yaxın bir neçə ay ərzində münaqişəni həlli etmək olar. Düşünürəm ki, bu realdır və mümkündür", - deyə bazar ertəsi İrəvanda mətbuat konfransında MQ-nin amerikalı həmsədri Metyu Brayza bəyan edib.
"Münaqişə tərəfləri anlayırlar ki, prosesi irəli aparmaq üçün bütün şərait var, lakin müvəqqəti həll çərçivəsindən danışmaq çətindir. Bir şey aydındır – baza prinsipləri üzrə tərəflərin mövqelərindəki yaxınlaşmadan sonra işlər sülh sazişi çərçivəsində aparılacaq", - deyə öz növbəsində rusiyalı həmsədr Yuri Merzlyakov bəyan edib.
Fransalı həmsədr Bernar Fasyenin sözlərinə görə, nizamlanmaya dair ümidlər mayın 7-də Praqada Ermənistan və Azərbaycan prezidentlərini qarşıdakı görüşünün məhsuldar və konstruktiv olacağəından xəbər verir.
"Eləcə də prezidentlərin iyunda Sankt-Peterburqda görüşü də mümkündür, lakin hər şey tərəflərin istəyindən və qarşılıqlı anlaşmadan asılıdır", - deyə B.Fasye bildirib.
Həmsədrlər eləcə də Ermənistan-Türkiyə yaxınlaşmasını və erməni-türk münasibətlərini nizamlanmasına dair yol xəritəsini alqışlayıblar.
"Bu saziş regionda işlərin müsbət enerjisini tezləşdirir, və bu enerji Dağlıq Qarabağ məsələsini həllinə də kömək edəcək. Hesab edirik ki, Ermənistan –Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərini nizamlanması üzrə proseslər ayrı-ayrılıqda aparılacaq və qərar müsbət olacaq", - deyə M.Brayza qeyd edib.
Öz tərəfindən, B.Fasye bildirib ki, Ermənistan-Türkiyə nizamlanması ilə paralel olaraq onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə də səyləri gücləndirməlidirlər.
Öz tərəfindən, Y.Merzlyakov Ermənistan-Türkiyə münasibətlərini nizamlanmasından sonra Rusiyanın özünün Ermənistandakı hərbi mövcudluğunu dayandıra biləcəyi barədə fikirləri təkzib edib.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət